“Gazelli Group” Səudiyyə və Ərəb Əmirliklərinə ixrac reallaşdıracaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı ixracatçı şirkətlərin yeni bazarlara çıxışını dəstəkləmək yönündə fəaliyyətini genişləndirir. Bu məqsədlə Azexport portalı ixrac zamanı sərbəst satış sertifikatına ehtiyac duyan şirkətlərin sorğularını cavablandırır və onları müvafiq sənədlə təmin edir.
Mərkəzdən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Azexport portalı tərəfindən sərbəst satış sertifikatı verilən şirkətlər yeni bazarlara ixracda uğur qazanaraq, bu istiqamətə fəaliyyətlərini genişləndirmək üçün sertifikatlarını yeniləməyə başlayıb. Bu baxımdan “Made in Azerbaijan” brendi adı altında kosmetik məhsullar istehsal edən “Gazelli Group” şirkətinin fəaliyyəti xüsusi qeyd edilməlidir.
“Gazelli Group” şirkəti 2019-2020-ci illərdə də məhsul ixracını artırmaq üçün sərbəst satış sertifikatını yenilənməsinə ehtiyac duyub. “Gazelli Group” şirkətinin bununla bağlı sorğusu Azexport portalı tərəfindən müsbət qarşılanıb və ona verilən sertifikatlar yenilənib. Azexport portalının təqdim etdiyi sərbəst satış sertifikatı vasitəsi ilə sözügedən şirkətin qarşıdakı müddətdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə 64 adda məhsul üzrə ixrac reallaşdıracaqdır.
Azexport portalının meneceri Ayxan Qədəşovun sözlərinə görə, sərbəst satış sertifikatı hazırda dünyada könüllü xarakter daşıyan sertifikatdır: “Qida, dərman və insan orqanizmi ilə birbaşa təmasda olan məhsullara nəzarətin daha da güclənəcəyini nəzərə alsaq, bu sertifikatın ixracatçı şirkətlər üçün icbari sertifikatlar siyahısına daxil edilməsi ehtimalı böyükdür.”
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycanda ilk dəfə Azexport portalı tərəfindən təqdim olunub. Sertifikatın verilməsi ilə “Made in Azerbaijan” brendi adı altında istehsal olunan qida, dərman və insan orqanizmi ilə birbaşa təmasda olan məhsullar artıq Filippin, İndoneziya, Dominikan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Amerika, Çin və s., ölkələrə ixrac olunmağa başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
46 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 13 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
