Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artırılır
"Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 milyon manat (5,1%) artırılır.
Artırılan məbləğ nəticəsində Fondun dövlət büdcəsindən asılılığının səviyyəsi 38,3%-dən 32,8%-ə qədər azalması gözlənilir ki, bu da onun maliyyə dayanıqlılığının təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir".
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, dövlət başçısı tərəfindən əməkhaqqlarının ayrı-ayrı sahələr üzrə 20-40% artımı ümumilikdə 18,7%-lik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək.
“2019-cu ilin dövlət büdcəsi büdcə qaydaları əsasında tərtib olunur. Burada büdcənin yuxarı həddi müəyyən olunub. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200 milyon artması onun yuxarı həddində həyata keçirilir. 2019-cu ilin büdcəsi qəbul olunarkən 3 faizlik yuxarı hədd qoyulsa da tam həcmdə yox, 2,7-2,8 faiz həcmində idi. 200 milyon manat vəsaitin artması büdcə qaydalarının pozulmasına gətirib çıxarmayıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 150 milyon manat azaldılıb, büdcənin özündə də bu məbləğ artırılır və hüquq-mühafizə orqanlarının xərclərinə yönəldilir. Dövlət Sosial Müdafiə Fondunda artım əməkhaqqlarının gəlirlərinin artmasından ibarət olur”, - deyə V.Gülməmmədov əlavə edib.
Palata sədri cari ilin 5 ayında da Vergilər Nazirliyi tərəfindən 5 aylıq gəlirlərin uğurla icra olunduğunu da əlavə edib: “Xüsusən fiziki şəxslərin gəlir vergisi sahəsində uğur əldə edilib. Fiziki şəxslərin gəlir vergisi sahəsində büdcəni özündə də artım nəzərdə tuta bilərdik. Hal-hazırda artım nəzərdə tutulmadığı bir şəraitdə bu yalnız dövlət büdcəsinin kəsirinin maliyyələşməsi üçün əlavə mənbə yaradacaq. Bu, Dövlət Neft Fondundan transfertin azalmasına səbəb ola bilərdi. Bu isə büdcənin keyfiyyət göstəricilərinə, yəni, neftdən asılılığın rəqəminin azalmasına gətirib çıxara, 1 il büdcə neft kəsirinin də azalmasına səbəb ola bilərdi”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)




