İlk milli toxum brendi yaradılıb
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu ilk toxum mağazasını fermerlərə təqdim edib. Mağaza “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərir.
Kənd Təsərrüfatı Nazirliyindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, məqsəd ölkə fermerlərini mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir.
İlk toxum mağazası Xaçmaz rayonunda açılıb. Mağazanın üstünlüklərindən biri odur ki, yerləşdiyi məkan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fonduna məxsus toxum emalı zavodunun yaxınlığındadır. Beləliklə, emal olunmuş toxumların satış imkanları birbaşa tənzimlənəcək.
“Dövlət - Özəl Tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq toxumçu fermerlərin yetişdirdikləri toxumlar zavodda emal edildikdən sonra mağazada satışa çıxarılacaq.
Eyni zamanda, burada Azərbaycanda və xaricdə istehsal edilmiş toxumlar və aqrotexniki qulluq vasitələri də təklif edilir.
Bununla yanaşı, fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar da təqdim ediləcək.
Taxıl toxumundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsal etdiyi tərəvəz toxumları da bu mağazada fermerlərə təqdim olunur.
Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, mağaza istehsalçı və istehlakçıların işini asanlaşdıracaq:“İlk mağazamız Xaçmazda işə başlasa da yaxın günlərdə Şəkidə də “ToxumArt” mağazası açılacaq. Məqsəd qısa zaman ərzində keyfiyyətli toxumlara əlçatanlığın təmin edilməsidir.
Ümumiyyətlə, mağazalar toxum emalı zavodlarımızın bir istiqaməti olacaq. Özlərinin sertifikatlı toxumlarına alıcı tapmaqda çətinlik çəkən toxumçular onları bizə sata biləcəklər. Bunun üçün yeganə şərt toxumların yüksək keyfiyyətə malik olmasıdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
8 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
12 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
13 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
13 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
13 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ







.jpg)





.jpg)






