Azərbaycan toxum ixrac etmək imkanı qazandı
Azərbaycan Respublikası Dövlət Toxum Fondu Beynəlxalq Toxum Federasiyasına üzv qəbul edilib. Üzvlük barədə qərar Federasiyanın keçirdiyi Ümumdünya Toxum Konqresində (3-5 iyun, 2019-cu il) verilib.
Beynəlxalq Toxum Federasiyasının baş katibi Maykl Keller ilə Dövlət Toxum Fondunun sədri Emin Əliyev arasında əldə edilən razılığa əsasən, Azərbaycan bu mötəbər quruma tamhüquqlu üzv olub.
Üzvlük Dövlət Toxum Fonduna qurumun verdiyi bütün hüquq və səlahiyyətlərdən istifadə etmək imkanı verir. Beynəlxalq aləmdə toxumçuluq sahəsində trendləri və qaydaları diqtə edən bu qurum UPOV ( Yeni Bitki Növlərinin Qorunması Birliyi), OECD Seed Scemes (İqtisadi Tərəfdaşlıq və Əməkdaşlıq Təşkilatı Toxum Layihələri), ISTA ( Beynəlxalq Toxum Sertifikatlaşdırılması Assosiasiyası), IPPC (Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası), WIPO (Ümumdünya Müəllif Hüquqları Təşkilatı), FAO (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) və bir sıra başqa təşkilatlarda nüfuzlu söz sahibidir.
65 ölkədən 1700-dən artıq nümayəndənin qatıldığı Ümumdünya Toxum Konqresi çərçivəsində Azərbaycan nümayəndələri 40-dan artıq şirkətlə görüş keçiriblər.
“Beynəlxalq Toxum Federasiyasına üzvlüyümüz bizə Azərbaycanda istehsal olunan yüksək keyfiyyətli toxumları xaricə satmağa imkan verəcək. Keçirdiyimiz görüşlərdə biz dünyanın məşhur şirkətlərinin Azərbaycan bazarına gəlmək istəyini müşahidə etməklə yanaşı, bizim məhsulların da xarici bazarlarda böyük uğur qazanacaqlarına əmin olduq”, - Dövlət Toxum Fondunun sədri Emin Əliyev belə deyib. Emin Əliyev əlavə edib ki, təşkilata üzvlük sayəsində qazanılmış geniş əlaqələr azərbaycanlı alimlərin seleksiya nailiyyətlərini paylaşmaq və onları beynəlxalq səviyyədə tanıtmaq imkanı da verir.
Qeyd edək ki, Beynəlxalq Toxum Federasiyası 1924-cü ildə yaradılıb. İlk Konqres də həmin ildə baş tutub. Bu il Azərbaycan Ümumdünya Toxum Konqresində ilk dəfə iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondu ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz etmək, habelə təbii fəlakətə (sel, yanğın, quraqlıq və s.) məruz qalmış bölgələrdə toxuma olan ehtiyacı aradan qaldırmaq, daxili bazarda toxum çatışmazlığının və toxumun qiymət artımının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli Sərəncamına əsasən yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
21 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
34 d. əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)
.jpg)











.jpg)






