"Ulduz"dan 1 İyun Uşaqlar Günü tədbirlərinə dəstək
® Hər zaman uşaqları sevindirməyə çalışan Ulduz Şokolad Fabriki (“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC) bu dəfə Mədəniyyət Nazirliyi və Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən iki müxtəlif tədbirə dəstək göstərib.
Belə ki, 30 iyunda Nizami Kino Mərkəzində AR Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə AR Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nəzdində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin üzvləri üçün “Uşaq Bayramı”, 31 iyun tarixində isə Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində yerləşən “Daun Mərkəzi”ndə daun sindromundan əziyyət çəkən uşaqlar üçün xüsusi konsert proqramı təşkil olunub.
Hər iki tədbirin məqsədi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları sevindirməklə yanaşı, onların istedad və bacarıqlarının da üzə çıxarılmasına imkan yaratmaq olub.
Ulduz Şokolad Fabriki isə öz növbəsində hər iki tədbirdə iştirak edən qurumların uşaqlarını, həmçinin “Can bala” estrada ansamblının və “Səma” rəqs qrupunun üzvlərini müxtəlif hədiyyələrdən ibarət FAVO hədiyyə paketi ilə sevindirib.
Qeyd edək ki, Ulduz Şokolad Fabriki hər zaman fabrikdə şokolad-konfet istehsalını yaxından görmək istəyən şagirdlər, tələbələr və digər kollektivlər üçün ödənişsiz ekskursiyalar təşkil edir, ekskursiya zamanı onlara fabrik, istehsalat prosesi haqqında məlumatlar verir və sonda onlara müxtəlif hədiyyələr təqdim edir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)
.jpg)









.jpg)


