Unibank MDB-nin “Ən İnnovativ Bankları” siyahısındadır
® Unibank Beynəlxalq konfransda MDB məkanının Ən İnnovativ Banklarından biri seçilib.
Bu məlumat Gürcüstan paytaxtında keçirilən “Beşinci KOS Bank Klubunun Konfransı- 2019”da elan edilib və Unibank nümayəndəsinə bununla bağlı sertifikat təqdim edilib. MDB-nin aparıcı banklarının iştirak etdiyi beynəlxalq konfransda “Unibank”ın Azərbaycan bank bazarı üçün bir ilk olan korporativ müştərilərə onlayn kredit xidməti böyük diqqət çəkib. “Unibank” KB ASC-nin Korporativ biznes üzrə Baş inzibatçısının müavini Samir Mustafayev, konfransda onlayn biznes krediti ilə bağlı geniş təqdimatla çıxış edib. Təqdimat MDB-nin nüfuzlu banklarının rəhbər şəxslərinin qatıldığı konfrans iştirakçıları tərəfindən maraqlı müzakirələrə səbəb olub. Samir Mustafayev bildirib ki, bu xidmət müştəriyə özünə aid olan məbləği İnternet Banking-də ayrıca bir sütunda görmək və istənilən vaxt o məbləğdən istifadə etmək imkanı verir. Bunu etmək üçün o, sadəcə müraciət göndərir, Asan İmza vasitəsilə müqavilələri imzalayır və bank kreditin verilməsini təsdiq etdikdən sonra, müştəri cari hesabına pulu qəbul edir. Bütün proses orta hesabla 15-20 dəqiqə çəkir. Unibank bu il onlayn kreditləşmənin daha da inkişafına xüsusi diqqət yetirəcək. Tezliklə müştərilər İB vasitəsilə həm də böyük məbləğdə kredit xətlərindən istifadə edə biləcəklər.
Qeyd edək ki, KOS Bank Klubunun Konfransı kiçik və orta biznes ekspertlərini, bu seqmentin dünyada aktual trend və innovasiyaların müzakirəsi üçün bir yerə yığıb. İki günlük tədbir ərzində onlayn kreditləşmə praktikası, POS-terminallardan onlayn kassalara, influenserlərin kampaniyaların effektivliyinə təsiri, kiçik bizneslər üçün veb portallar, effektiv korporativ bloqlar, kiçik biznesə qeyri-maddi dəstək üçün ən yaxşı proqramlar və digər mövzular müzakirə olunub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























