ABŞ İrana yeni sanksiyalar tətbiq etdi - GƏRGİNLİK ARTIR
ABŞ, İranın dəmir, polad, mis, alüminium sektorlarına sanksiya tətbiq etdi
ABŞ ilə İran arasındakı gərginlik artır. "Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, İranın dəmir, polad, mis və alüminium sektorlarına sanksiya nəzərdə tutan fərmanı imzalayıb.
Ağ Ev, ABŞ Prezidenti Trampın imzaladığı fərmanı yazılı bir açıqlama ilə bildirib.
Sözügedən fərmana əsasən, ABŞ, İranın dəmir, polad, alüminium və mis sektorlarını hədəfə alan sanksiyalar tətbiq edir.
ABŞ-ın İranla nüvə müqaviləsindən çıxmasının 1-ci il dönümünə təsadüf edən fərman haqqında Tramp bildirib: "Bu gün İranın qeyri-neft ixrac gəlirlərinin ən əhəmiyyətli mənbəyi olan dəmir, polad, alüminium və mis sektorlarına sanksiyalar nəzərdə tutan fərmana imza atıram".
Tramp, İranın terror mərkəzlərinə dəstək verməyə davam etdiyini, raketlər inkişaf etdirdiyini və regional münaqişələrdə rol oynadığını qeyd edərək, "Verdiyimiz qərarlar nəticəsində artıq İran rejimi terroru dəstəkləmək üçün maliyyə tapmaqda çətinlik çəkir, iqtisadiyyatı gözlənilməz bir depressiyaya girir, hökumət gəlirləri "quruyur" və inflyasiya nəzarətdən çıxır",- deyib.
Tramp, ABŞ-ın İrana qarşı maksimum təzyiq kampaniyasının uğurlu olduğunu bildirib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Tramp 8 May 2018-ci ildə ABŞ-ın, 2015-ci ildə imzalanmış İranla nüvə müqaviləsindən çıxdığını açıqlamışdı.
Sonra İranın neft ixracını hədəf alan sanksiyaları tətbiq edən ABŞ, aprel ayında İran İnqilab Mühafizəçilərini "xarici terror təşkilatları" siyahısına daxil etmişdir.
İran Xarici İşlər Naziri Cavad Zərif də ABŞ-ın nüvə müqaviləsindən birtərəfli çıxmasına qarşılıq ölkəsinin nüvə fəaliyyətlərinin bir hissəsini yenidən həyata keçirməyə başlayacağını açıqlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























