Almaniya şirkəti “Azəralüminium”da xəttlərin texniki auditini aparıb
“Azəralüminium” MMC-nin dəvəti ilə alüminium xəlitələri avadanlıqlarının istehsalı sahəsində dünyanın aparıcı müəssisələrindən biri olan Almaniyanın “AXHENBACH BUSCHHÜTTEN” şirkətinin mütəxəssisləri tərəfindən Gəncə Alüminium Kompleksində 2013-cü ildə istifadəyə verilmiş Çin Xalq Respublikasının “CNPT” şirkətinin istehsalı olan fasiləsiz tökmə və soyuq yayma xəttlərinin texniki auditi keçirilmişdir.
“Azərbaycan Sənaye Korporasiyası”ndan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, audit zamanı qarşıya qoyulan texniki tapşırığın əsasını - əsas istehsalatda istismar olunan texnoloji avadanlıqların real istehsal güclərinin qiymətləndirilməsi, alüminium təbəqələrinin qalınlığının dəqiqliyi, müstəviliyi və keyfiyyət göstəriciləri, yayma sürəti, məhsuldarlığı və digər istehsalat göstəricilərinin yaxşılaşdırılması imkanlarının araşdırılması təşkil etmişdir.
İstehsal avadanlıqlarının və texnoloji proseslərin auditinin nəticəsi olaraq, dəvət olunmuş mütəxəssislər tərəfindən yeni istehsal və keyfiyyət göstəricilərinə nail olunması istiqamətində təkliflər təqdim edilmişdir.
“Azəralüminium” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsidir.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 21 d. əvvəl
-
29 d. əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 33 d. əvvəl
-
41 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Ən çox oxunanlar
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti























