Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türk lirəsinin "ölməsi" sürətlənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk lirəsinin "ölməsi" sürətlənib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyədə Dolların qiyməti 6.20 lirəyə yaxınlaşıb.


 

Dünən ABŞ Prezidenti Donald Trampın Çin barədə açıqlamaları ilə 6 lirə səviyyəsini aşan Dollar/TL məzənnəsi, Ali Seçki Komissiyasının (YSK) İstanbulda təkrar seçkinin keçirilməsi barədə qərarının ardından yüksəlişini sürətləndirib.

 

"Marja" xəbər verir ki, məzənnə bu gün də artımaqda davam edir.
 
  
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Dollar/TL məzənnəsi bu gün 6.19-u test edib. 

 

Bakı vaxtı ilə saat 11:40-da Dollar/TL məzənnəsi 1,5% artımla 6.17 səviyyələrində olub. 

 

Dünən axşam YSK, İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkisinin ləğvinə və yenidən keçirilməsinə qərar verdi.  
 

"TÜRKİYƏNİN REYTİNQİ NİGERİYA İLƏ EYNİ SƏVİYYƏDƏDİR"
 

"Azimut Portfel"in Baş direktoru Murat Salar deyib: "Bazarların ən istəmədiyi şey qeyri-müəyyənlikdir. Bu qeyri-müəyyənliyi ən çox yaradan şey siyasətdir. Son 4 - 5 ildir seçkilər keçirilir. Bütün iqtisadi aktyorlar seçkilərdən yorulub. Bu qədər siyasətin bazarlar üzərində kölgə yaratdığı şəraitdə orta və uzunmüddətli düşünmək çətinləşir. Türkiyənin CDS-ləri nə üçün 450-lərdə, niyə kredit reytinqi Nigeriya ilə eyni səviyyədədir?! Tezliklə bunlara diqqət yetirmək lazımdır".  

07.05.2019 09:40
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18