Gömrüyün sədri “Qırmızı Körpü”də - TAPŞIRIQLAR VERİB
Aprelin 29-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub.
DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, S.Mehdiyev öncə "Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsinin yaxınlığında inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzinə baxış keçirib.
Xatırladaq ki, bu mərkəz Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində yaradılıb.
Komitə sədrinə məlumat verilib ki, Ticarətin Asanlaşdırılması Mərkəzinin ümumi sahəsi 12 hektardır. Mərkəzin inzibati binasının ümumi sahəsi 1590 kvadratmetr təşkil edir. Binanın birinci mərtəbəsində müvafiq dövlət qurumları "bir pəncərə" prinsipi əsasında xidmət göstərir. İkinci mərtəbədə isə inzibati otaqlar və yeməkxana yerləşir. Mərkəzin ərazisində, həmçinin yük avtomobillərinin yoxlanılması üçün "X-ray" qurğusu yerləşdirilib, nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılması üçün xüsusi yer və yataqxana da var.
Sonra Dövlət Gömrük Komitəsinin sədri Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK-nın sədrinə məlumat verilib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
-
27 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 31 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı






.jpg)
.jpg)








.jpg)







