SOCAR yeni layihəsindən illik 1 milyard dollar gəlir gözləyir
SOCAR şirkəti (ARDNŞ) "SOCAR GPC" yeni qaz emalı və polimer komplesinin fəaliyyətindən illik 1 mlrd. dollar həcmində gəlir əldə etməyi ümid edir. Bunu “SOCAR Polymer” şirkətinin maliyyə direktoru Rauf Quliyev deyib.
“Hesablamalarımıza əsasən, Azərbaycanda "SOCAR GPC" kompleksinin tikinti layihəsinin reallaşdırılması onun fəaliyyətindən illik 1 mlrd. dollar həcmində gəlir əldə etməyə imkan yaradacaq. Obyektin tikintisi 2020-ci ilin birinci rübündə başlanacaq ki, 2023-cü ilin üçüncü rübündə bu müəssisədə hazır məhsulların istahsalına başlanılsın”, - R.Quliyev bu gün Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq “Downstream: Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda çıxşında bildirib.
Onun sözlərinə görə, GPC-dən polimer məhsullarının satış bazarları qismində İran, Mərkəzi, Qərbi, Şərqi Avropa, Türkiyə, Çin nəzərdən keçirilir.
Həmçinin, R.Quliyev məlumat verib ki, hazırda ARDNŞ layihənin maliyyələşdirilməsi məsələlərinə dair danışıqları davam etdirir. Maliyyələşdirmə məsələsi 2019-cu ilin dördüncü rübündə həllini tapacaq.
“2019-cu ilin IV rübündə SOCAR GPC kompleksinin tikinti layihsəi üzrə yekun maliyyə qərarı qəbul edəcək”, - R.Quliyev bəyan edib.
Öncə SOCAR 2018-ci ilin sonu – 2019-cu ilin əvvəlində yeni qaz emalı və polimer komplesinin tikintisinə başlamağı planlaşdırırdı.
Kompleksin tikintisi üçün Səngəçal qəsəbəsi yaxınlığında 305 ha ərazi seçilib və 250 ha tikinti işləri üçün nəzərdə tutulub.
Yeni kompleksin illik gücü 9,1 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Kompleksdə, həmçinin ildə 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin və 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen istehsal olunacaq.
Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten-1, 21 min ton heksen-1 istehsalı planlaşdırılır.
Şirkət yeni müəssisənin inşasında “Technip”, “Axens”, “Sinopec Tech” və “Univation” şirkətlərinin ən qabaqcıl texnologiyalarından istifadə edəcək.
Qaz Emalı Zavodunun illik gücü təxminən 10 mlrd. kubmetr həcmində nəzərdə tutulub.
Layihənin dəyəri təxminən 4,2 mlrd. dollar təşkil edir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
12 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 29 d. əvvəl
-
34 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 35 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı


















