"Azərtütün ASK"da yenidənqurma - TİKİNTİ İŞLƏRİNƏ BAŞLANILIB
Şəkidə Tütün İstehsalı və Emalı Məntəqəsinin yenidən qurulur
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın uyğun maddələrindən irəli gələn tələblərin yerinə yetirilməsi məqsədi ilə Şəki rayonunun Çələbixan qəsəbəsində yerləşən Tütün İstehsalı və Emalı Məntəqəsinin yenidən qurulması işləri həyata keçirilir.
Azərbaycan Sənaye Korporasiyasından “Marja”ya daxil olmuş məlumata görə, bu məqsəd ilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən bütün müvafiq qurumlardan müsbət rəy alınmaqla mövcud Tütün İstehsalı və Emalı Məntəqəsi ilə yanaşı, ərazidə 0.90 ha torpaq sahəsi ayrılmış, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin sifarişi əsasında “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanmış və obyektin eskiz layihəsi Şəki Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Layihəyə əsasən yeni yaradılacaq sahədə 30 ədəd müasir odlaqurutma kameralarının, anbar binasının, kameralaraltı platformanın, kameralar üçün talvarın, operator otağının, pompaxananın, tutumu 150 kub metr olan 2 ədəd yanğınsöndürmə üçün su anbarının, tutumu 20 kub metr olan təsərrüfat-içməli su anbarının, istilik məntəqəsinin və çirkab su anbarının tikintisi, eləcə də çeşıdləmə sahəsinin yaradılması nəzərdə tutulmuşdur.
Hal-hazırda obyektdə ərazinin planlaşdırılması, mövcud yerüstü və yeraltı kommunikasiya xəttlərinin ərazidən kənarlaşdırılması, qurutma kameralarının monolit dəmir-beton özülünün quraşdırılması, hasarın 50 faizdən artıq tikintisi işləri başa çatdırılmışdır.
Tikintinin tam başa çatdırılma müddəti cari ilin may ayına planlaşdırılır.
Qeyd edək ki, "Azərtütün ASK" MMC Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsidir. Hazırda “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında qurutma kameraları, anbar və ofis binaları, tütün istehsalı məntəqələri və bir tütün emalı zavodu fəaliyyət göstəri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)
