BP-dən Azərbaycanda 500 milyon dollarlıq yeni müqavilə
Xəzər dənizində yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Şahdəniz qaz yatağının operatoru olan BP şirkəti, Azərbaycanda qazma və mühəndis-layihələndirmə işləri üzrə müqavilənin müddətini əlavə 500 milyon ABŞ dolları dəyərində uzatdığını elan edib.
Yeni müqavilə “KCA Deutag” şirkəti ilə SOCAR AQŞ-nin birgə müəssisə olan “Turan Drilling & Engineering Company” MMC ilə imzalanıb.
Bu, Xəzər regionunda operator qismində çıxış edən BP şirkətinin yerli tərəfdaşı olan şirkətlə bağladığı digər bir iri müqavilədir.
"Bu, BP və tərəfdaşlarının regionda fəaliyyətə başladığı vaxtdan prioritet sahə kimi yerli potensialın yaradılmasına və yerli bazarın gücləndirilməsinə töhfə verməklə, yerli resurslardan istifadənin inkişaf etdirilməsi üzrə həyata keçirdiyi uğurlu strategiyaya söykənir. Bu, həmçinin BP və tərəfdaşlarının hökumət və SOCAR ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədlərinə uyğundur",- BP-nin məlumatında deyilir.
Müqavilə BP tərəfindən idarə olunan yeddi platformanın qazma qurğusu, o cümlədən Mərkəzi Azəri, Şərqi Azəri və Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq və Şahdəniz qurğuları üzrə dənizdə istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir. Müqavilənin ilkin müddəti iki dəfə bir illik müddətə uzadılma imkanı olmaqla beş il təşkil edir .
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
BP-nin quyular üzrə vitse-prezidenti Mayk Zanqi deyib: “Biz “KCA Deutag” şirkətinin və SOCAR AQŞ-nin birgə müəssisəsi ilə bu müqaviləni imzalamaqdan məmnunluq duyuruq. Xəzər regionunda uzun müddətdir təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərən operator kimi biz “KCA Deutag” şirkətinin beynəlxalq təcrübəsinin və Xəzər regionundakı 20 ildən artıq iş təcrübəsinin SOCAR AQŞ-nin Xəzərə dair dərin bilikləri və Xəzərdə qazma sahəsindəki aparıcı fəaliyyəti ilə birləşməsini alqışlayırıq. BP regiondakı 27 illik uğurlu fəaliyyəti çərçivəsində Xəzərdə dünya səviyyəli platformaların istismarını həyata keçirir. Ümid edirik ki, bu yeni müqavilə əməyin təhlükəsizliyi, yerli bacarıqların inkişaf etdirilməsi, xərclərin səmərəliliyi, rəqabətə davamlılıq və qlobal sənaye standartları üzrə götürdüyümüz davamlı öhdəliyimizi dəstəkləyəcək.”
Qeyd edək ki, bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə Azərbaycanda neft-qaz layihələrinə və əlaqədar sahələrə 72 milyard dollardan artıq sərmayə yatırıb. Azərbaycanda BP şirkətində təxminən 2900 nəfər ixtisaslaşmış kadr işləyir. BP-nin Azərbaycanda işləyən ixtisaslaşmış daimi əməkdaşlarının 90%-i yerli kadrlardır.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 3 d. əvvəl
-
11 d. əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 15 d. əvvəl
-
23 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Ən çox oxunanlar
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti






















