Onlayn sığorta “Elektron hökumət” portalında!

Artıq dünyada olduğu kimi, Azərbaycan vətəndaşları da sığortanın ən sadə və ən rahat modeli olan onlayn sığortadan “Elektron hökumət” portalı üzərindən istifadə edəcəklər.
Belə ki, “Elektron hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “İcbari nəqliyyat sığortası” adlı xidmət elektronlaşdırılaraq, portala inteqrasiya edilib.
Nəqliyyatın icbari sığortasını onlayn etmək üçün “Elektron hökumət” portalına daxil olub, “Digər” xidmətlərin içərisindən “İcbari nəqliyyat sığortası” xidməti seçilir.
Açılan pəncərədə nəqliyyat vasitəsinin qeydiyyat nişanını daxil edib, “Davam et” düyməsini sıxdıqdan sonra avtomobilin ban nömrəsini qeyd etmək tələb olunur.
Ban nömrəsi daxil edildikdən sonra ekranda avtomobilin markası və modeli görünür. Bundan sonra vətəndaş şəxsi məlumatlarını sistemə daxil edib, “Davam et” düyməsini seçir. Sonra sığortanın qüvvəyə minmə tarixi müəyyənləşdirilir. Əslində, sığortanın qüvvəyə minmə tarixi sistem tərəfindən avtomatik təyin edilir, lakin vətəndaş 30 gündən artıq olmamaq şərti ilə digər tarixi də seçə bilər. Açılan səhifədə sığorta şirkətlərinin adları və ödəniləcək məbləğ görünür.
Vətəndaş istənilən sığorta şirkətini seçir, şığorta haqqını ödəyir və sığortasını əldə edir.
Qeyd edək ki, klassik formadan fərqli olaraq, onlayn sığorta təhlükəsizlik və rahatlığına görə bir sıra üstünlüklərə malikdir. Elə buna görə də dünyada əksər insanlar birbaşa sığortaya üstünlük verirlər. Statistikaya görə, britaniyalıların 70%-i, Fransada isə yerli əhalinin 50%-i onlayn sığortadan istifadə edir.
Onlayn sığortanın müsbət cəhətlərindən biri də burada vasitəçinin olmamasıdır. Yəni elektron sığorta broker və ya agentlərin iştirakı olmadan sığortaçı və müştəri arasında birbaşa əlaqə yaradılması deməkdir. Bu isə öz növbəsində, sığorta xərclərini azaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
9 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 19 saat əvvəl
-
23 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
