Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?
Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsini əhatə edən xidmətlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin regional ofislərində və elektron formada göstərilir. Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi məsələləri bu istiqamətdə göstərilən xidmətlərə aiddir.
Komitədən "Marja"ya daxil olmuş məlumata görə, qanunvericiliklə müəyyən edilmiş qaydalarda torpaq sahəsi ayrıldıqda, daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda habelə, obyekt müvafiq qaydada istismara qəbul edildikdə, daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda daşınmaz əmlaklara ünvan verilməsi aparılır. Eləcə də, daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, ayrı-ayrı hissələrə bölündükdə və daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yaranan zaman ünvan verilməsi xidmətləri göstərilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün müraciət edən mülkiyyətçi və ya etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Əmlak Xidmətləri Məkanına, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin regional ofislərində və ya elektron formada müraciət etməlidir. Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlaklara ünvan verilməsi xidmətindən onlayn istifadə etmək üçün isə Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 7-ci bölməyə (Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu) daxil olmaq olar.
Xidmətdən istifadə etmək üçün ərizə (fiziki və hüquqi şəxs tərəfindən təqdim olunduqda), şəxsiyyəti təsdiq edən sənəd, daşınmaz əmlakın istifadədə, icarədə və ya mülkiyyətdə olmasını təsdiq edən sənəd, xidmət haqqının ödənilməsi barədə sənəd tələb olunur. Ərizə dövlət orqanları və bələdiyyələr tərəfindən təqdim olunduqda müşayət məktubu, nümayəndə tərəfindən təqdim olunduqda səlahiyyəti təsdiq edən etibarnamə və nüməyəndənin şəxsiyyətini təsdiq edən sənəd də xidmətin həyata keçirilməsi zamanı tələb olunan sənədlərə aiddir.
Daşınmaz əmlak obyektinə ünvan verilməsi xidməti üçün dövlət rüsumu tələb olunmur. Xidmət haqqı isə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 nömrəli qərarı” ilə müəyyən olunur. Ərizə daxil olduğu gündən 3 iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir. Bu barədə ərizəçiyə və ya onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 15 saat əvvəl
-
15 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
16 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















