Sığorta pullarının 77%-i 5 şirkətin kassasına daxil olub
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda toplanılmış 132 milyon 819 min manat sığorta haqqının 102,874 milyon manatı və yaxud 77,4%-i 5 sığorta şirkətinin payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, həmin şirkətlər "PAŞA Sığorta" (57 milyon 971 min manat), "PAŞA Həyat Sığorta" (24 milyon 223 min manat), "Atəşgah Sığorta" (8 milyon 328 min manat), "İpək Yolu Sığorta" (6 milyon 803 min manat) və "Meqa Sığorta" (5 milyon 549 min manat) ASC-lərdir.
2 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (36 min manat), "Amrah Sığorta" (61 min manat), "Bakı Sığorta" (121 min manat), "Günay Sığorta" (385 min manat) və "Rəvan Sığorta" (425 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1 milyon 28 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,8%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi yığımları isə 28 milyon 917 milyon manat (21,8%) təşkil edib.
Sığorta ödənişlərinin 71%-i 5 şirkətin kassasından çıxıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyata keçirilmiş 33 milyon 116 milyon manat sığorta ödənişinin 23 milyon 473 min manatı və yaxud 70,9%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (9 milyon 35 min manat), "PAŞA Sığorta" (5 milyon 758 min manat), "Atəşgah Sığorta" (3 milyon 371 min manat), "Atasığorta" (2 milyon 508 min manat) və "Atəşgah Həyat Sığorta" (2 milyon 486 min manat) ASC-lərdir.
2 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (1 min manat), "Bakı Sığorta" (21 min manat), "Amrah Sığorta" (38 min manat), "İpək Yolu Sığorta" (41 min manat) və "Rəvan Sığorta" (43 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 144 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 9 milyon 499 min manat (28,7%) təşkil edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
2 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
4 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın















.jpg)









