Əmtəə adı seçərkən əlavə xərcə düşməmək üçün - OXUYUN

Əmtəə nişanları–Nə? Necə? Harada?
Sahibkarın əmtəəsini və ya xidmətini fərqləndirən əlamətlər
Sahibkarlar əmtəələrini və ya xidmətlərini digər sahibkarların əmtəələrindən və ya xidmətlərindən fərqləndirmək üçün hər hansı nişan (işarə, əlamət) yaradırlar. Həmin nişanlara əmtəə nişanı və ya ticarət markası deyilir. Bu nişanlar sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması formasında ifadə oluna bilər.
Ən çox maraq göstərilən əmtəə nişanları forması hansılardır?
Əmtəə nişanlarının hüquqi mühafizəsini təmin etmək üçün onların qeydə alınması tələb olunur. Mövcud qanunvericiliyə əsasən əmtəə nişanının müvafiq dövlət orqanı (Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi) tərəfindən qeydə alınması və şəhadətnamə verilməsi prosesi (ilkin ekspertiza və ekspertiza mərhələləri ilə) adi halda 7 ay davam etdiyinə görə (əlavə xidmət haqqı ilə ekspertiza sürətləndirilə bilər), sahibkarın əvvəlcədən istədiyi sözlə ifadə olunan və ya ona oxşar əmtəə nişanının olub-olmamasını axtara (yoxlaya) bilməsi vacib amildir.Təcrübədə ən çox maraq göstərilən və qeydiyyata təqdim edilən nişan forması sözlə (sözlərlə) ifadə olunan əmtəə nişanlarıdır.
Əmtəə adı seçərkən əlavə xərcə düşməmək üçün ilk addım
Sahibkar əvvəlcədən axtarış nəticəsində istədiyi sözlə eyni və ya oxşar əmtəə nişanının mövcud olduğunu gördükdə həmin adda (sözdə) əmtəə nişanının qeydiyyatına müraciət etməyə, bununla öz vaxtına və puluna (dövlət rüsumu və xidmət haqqı birlikdə bir neçə yüz manat) qənaət edə bilər.
Dünya təcrübəsində də bu məlumatlar açıq və əlçatandır. Misal üçün Avropa İttifaqının eyni məqsədli rəsmi internet səhifəsinin axtarış sistemi var ki (https://oami.europa.eu/eSearch/), buradan şəxs çox asanlıqla istədiyi sözlə eyni və ya oxşar əmtəə nişanlarının mövcudluğunu öyrənə bilər. Digər misal kimi qonşu Gürcüstan Respublikasını göstərmək olar. Həmin ölkənin “SakPatenti” adlanan rəsmi orqanının səhifəsində 10 bölmə var ki, onlardan biri də sözlə axtarış imkanı verir. Yəni bu 10 bölmədən istənilən biri üzrə məlumat daxil edib axtarış nəticələrini əldə etmək olar.
(http://www.sakpatenti.org.ge/index.php?sec_id=46&lang_id=ENG&cat=3&search=Search)
Oxşar əmtəə nişanlarının olub-olmamasını necə öyrənmək olar?
Respublikamızda başqa sahələr üzrə mövcud olan oxşar axtarış resursları vardır ki, onlardan biri də Azərbaycan Respublikası Vergilər Nazirliyinin səhifəsində yerləşdirilib (https://www.e-taxes.gov.az/ebyn/commersialChecker.jsp). Orada da ada (və ya VÖEN-ə) görə axtarış vasitəsi ilə hər hansı adda kommersiya qurumlarının olub-olmamasını və digər məlumatlarını öyrənmək olar.
Bir neçə ay bundan qabağa qədər Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent-in) idarə etdiyi internet səhifəsində axtarış səhifəsi olsa da (http://patent.azstand.gov.az/search/NumberSearchPAction.az), orada yalnız qeydiyyat nömrəsi ilə əmtəə nişanını tapmaq olardı. Bu isə axtarış ehtiyaclarını ödəmirdi. Şəxsi müəyyən sözün nişan kimi qeydiyyata alınıb-alınmaması maraqlandırırdı. O saytda isə sözlə axtarış sistemi aktiv deyildi.
Artıq əmtəə nişanını söz ilə də axtarışı mümkündür
Çox sevindirici haldır ki, artıq ölkəmizdə AzPatent-in internet səhifəsində əmtəə nişanını qeydiyyat nömrəsi ilə yanaşı, sözlə də axtarış sistemiartıq aktivləşdirilib (link: http://patent.azstand.gov.az/search/TrademarkSearchPAction.az).
Beləliklə, sahibkarlar və digər maraqlı şəxslər http://patent.azstand.gov.az saytına daxil olub SM rəqəmsal kitabxanasından maraqlandıqları əmtəə nişanını adı ilə (“trademark search” seçməklə) axtara bilərlər. Bununla da əvvəlcədən istədikləri sözlə və ya ona oxşar əmtəə nişanının olub-olmamasını yoxlaya bilər və gələcəkdə vaxtlarına və vəsaitlərinə qənaət edə bilərlər.
Patent və əmtəə nişanları sahəsində islahatlar
Əqli mülkiyyət hüququ obyektləri sahəsində qanunvericilik və institusional islahatlar davam etdirilir. “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi bir ay müddətində yaradılması tapşırılmışdır. “AzPatent”i əvəz edəcək yeni yaradılan bu publik hüquqi şəxs ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müqavilələrin qeydiyyatını aparacaq, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verəcək, müvafiq məlumatların dərcini həyata keçirərək, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparacaq və digər bu kimi məsələləri həyata keçirəcəkdir.
"Marja.az" üçün Vəkil Allahverən Oruclu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
