Dünyanın ən varlı adamı 35 milyard dollara boşandı
131 milyard dollarlıq sərvətilə dünyanın ən varlı adamı olan Cef Bezos (Jeff Bezos), roman müəllifi olan həyat yoldaşı Mackenzie Bezos ilə 35 milyard dollarlıq müqavilə ilə boşanıb.
Dünyanın ən böyük pərakəndə internet satış saytı olan "Amazon"un banisi və Forbes jurnalına görə, 131 milyard dollarlıq sərvətilə dünyanın ən varlısı olaraq qəbul edilən Cef Bezos, 4 uşağının anası, 25 illik həyat yoldaşı olan Mackenzie Bezosdan bir sərvət verərək boşanıb. İkili arasında boşanma müqaviləsinin məbləği 35 milyard dollar təşkil edir.
BU MÜQAVİLƏ BİR REKORDDUR
Müqaviləyə görə, Mackenzie, "Amazon"dan 4% pay alacaq və "Washington Post" qəzeti ilə kosmos səyahəti şirkəti "Blue Origin"dəki səhmlərinin hamısını Cef Bezosa təhvil verəcək. Bu rekord müqavilə, indiyə qədər görülən ən yüksək məbləğdir.
AMAZON-UN 4%-İNİ VERİB
Bezos cütlüyündənn əvvəl ən yüksək aliment, sənət koleksiyaçısı Alec Wildenstei-nın xanımı Jocelyn-ə ödədiyi 3.8 milyard dollar idi.
Rekord boşanma müqaviləsinin detallarını Mackenzie Bezos Twitter hesabından bildirib. Boşanma müqaviləsindən öncə Cef Bezos "Amazon" səhmlərinin 16.3%-nə sahib idi. Müqaviləyə görə, bu nisbətin 75%-i Bezosa, 25%-i boşandığı həyat yoldaşı Mackenzie-ə qalacaq. Nəticədə, Mackenzie Amazon-un səhmlərinin 4%-nə sahib olacaq.
Cef Bezos və Lauren Sanchez-in əlaqəsi olduğu bilinir.
"BİR-BİRİMİZƏ DƏSTƏK OLDUQ"
MacKenzie Bezos, Twitter hesabından verdiyi açıqlamada, boşanma prosesinin Cef ilə qarşılıqlı bir-birlərinə dəstək olaraq başa çatmasından məmnunluq duyduğunu söyləyib. Dörd uşaqları olan cütlük, Bezosun Amazon-u qurduğu 1994-cü ildən bu yana birlikdəydilər. Mackenzie Bezos şirkətin ilk əməkdaşlarından biri idi.
KEÇƏN İLKİ DÖVRİYYƏSİ 233 MİLYARD DOLLAR OLUB
Dünyanın ən böyük pərakəndə internet satış saytı olan Amazon-un keçən il etdiyi dövriyyə 232.8 milyard dollar təşkil etmişdi. Forbes jurnalına görə, bu rəqəm ilə, Bezos və ailənin sərvəti də 131 milyard dolaraq çıxmışdır.
UĞURLU BİR ROMAN MÜƏLLİFİDİR
Mackenzie Bezos uğurlu bir roman müəllifidir. '"The Testing of Luther Albright" və "Traps" adlı iki kitabı olan Mackenzie Bezos, Pulitser mükafatı laureatı yazıçı Toni Morrisonun Prinston Universitetində tələbəsi olub. Morrison, Mackenzienin yaradıcı dramaturgiya sinifində ən yaxşı tələbələrdən biri olduğunu deyib.
LAUREN SANCHEZ İLƏ ƏLAQƏSİ VAR
Cef Bezosun, Fox TV-nin keçmiş diktorlarından Lauren Sanchez ilə əlaqəsi olduğu bildirilir. Bezos və həyat yoldaşının yanvar ayında ayrılacaqlarını bildirməsinin ardından Amerika jurnalı National Enquirer, Bezos və Sanchez-in əlaqələrinə dair materiallar yaymışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
6 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)





.jpg)


