Azərbaycanda 1 000-dən çox İran şirkəti qeydiyyatdan keçib
İqtisadiyyat naziri, Azərbaycan və ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.
İqtisadiyyat Nazirliyindən “Marja”ya verilən məlumata görə, səfər çərçivəsində Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.
Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolu vurğulanıb.
İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslaminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan-İran əlaqələrindən danışan nazir Ş. Mustafayev son illərdə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndiyini vurğulayıb. Təkcə son 5 ildə Azərbaycan və İran dövlət başçıları arasında 12 görüş olub, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 24 biznes forum və işgüzar görüş keçirilib. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 1 000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb.
Ş.Mustafayev ölkələrimizin sənaye, energetika, kənd təsərrüfatı, ticarət, səhiyyə, turizm, sərhəd-gömrük və digər sahələrlə yanaşı, nəqliyyat-tranzit sahəsində də uğurla əməkdaşlıq etdiyini, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu vurğulayıb, nəqliyyat dəhlizinin inkişafının Azərbaycan-İran iqtisadi əməkdaşlığının, xüsusilə yükdaşımalar, ticarət və turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd edib.
M.Eslamin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Görüşdə Azərbaycan və İran arasında nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti İranın İqtisadi işlər və maliyyə naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd ilə görüşüb.
Ş.Mustafayev Azərbaycanın İranla əlaqələrin genişlənməsində maraqlı olduğunu, son illərdə Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib. Hər iki ölkənin dövlət başçısının İran-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiyini və Dövlət Komissiyasının işinə dəstək göstərdiyini vurğulayıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat verən Şahin Mustafayev qeyd edib ki, ötən dövrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb, ticarət dövriyyəsi 2018-ci ildə 74% artaraq 446 mln. dollara çatıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir. Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun təməli qoyulub.
Ş.Mustafayev qarşılıqlı ticarət həcminin daha da artırılması və strukturunun diversifikasiyası üçün potensialı, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımlar sahələrində də əlaqələrin inkişafı imkanlarını qeyd edib.
İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri F. Dejpəsənd son illərdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün görülən işləri vurğulayıb, bu ilin martında Bakıda keçirilməsi planlaşdırılan Dövlət Komissiyasının 13-cü iclasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı istiqamətlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olacağını qeyd edib.
Görüşdə iqtisadi-ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
44 d. əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Volkswagen 2028-ci ilin sonuna qədər xərcləri 20% azaltmağı planlaşdırır
-
3 saat əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi





















