“İsveçrənin saat şirkəti Azərbaycanın işğal olunmuş ərazisində zavod açıb”
“Azərbaycanın işğal olunmuş ərazilərimizdə bir sıra şirkətlər fəaliyyətlər göstərir”.
Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov “Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsiri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Elmar Məmmədyarov bildirib ki, İsveçrənin “Frank Müller” şirkəti kifayət qədər tanınmış saat şirkətidir: "Bu şirkət saatlar üçün taxta qutuları işğal olunmuş ərazilərdəki ağaclardan istehsal edir, orada zavod açıb. Biz bu məsələni İsveçrə qarşısında qaldırmışıq, bu prosesi izləyəcəyik. Şirkət öz adına hörmətlə yanaşırsa, belə fəaliyyətə yol verməməlidir. Həmin şirkətlərin bağlı olduğu ölkələrin hökumətinə müraciət edəcəyik. Bəzi ölkələr deyir ki, biz özəl şirkətlərin fəaliyyətinə müdaxilə etmirik, amma etməlidir. Məsuliyyət hökumətlərin üzərinə düşür. Hökumətlər həmin şirkətlərin işğal olunmuş ölkələrdə fəaliyyət göstərməsinə imkan verməməlidir”.
Nazir deyib ki, Ermənistan müxtəlif vasitələrdən istifadə edərək işğal olunmuş əraziləri qanunsuz olaraq məskunlaşdırır: “Hətta Ermənistan bəyan edib ki, Suriya böhranından sonra 250 minə yaxın qaçqın Ermənistana gəlib. Bizdə olan məlumata görə, onların bir qismini işğal olunmuş torpaqlarımıza yerləşdirirlər. Bu qəbuledilməzdir, çünki münaqişənin həllinə töhfə vermir, əksinə, yeni çətinliklər yaradır".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© ONA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















