"Tramp yenidən seçilmək üçün ticarət müharibələrini qızışdıracaq"
Məşhur investor Cim Rocers (Jim Rogers), ABŞ prezidenti Donald Trampın 2020-ci ildə keçiriləcək seçkini qazanmaq üçün ticarət müharibələrini daha da "alovlandıracağını" deyib.
Dünyanın ilk beynəlxalq hedc fondu "Quantum Fund"un qurucularından olan Cim Rocers, yeni çıxan kitabı haqqında "The Japan Times"a açıqlamalar verib.
"Marja" xəbər verir ki, ABŞ və Çinin yaxın zamanda yeni bir ticarət razılaşması təmin edəcəyini və bunun bazarları coşdurub ticarət əlaqələrini artıracağını bildirən 76 yaşlı Rocers, ancaq, bu gözəl günlərin qısamüddətli olacağını deyib. ABŞ iqtisadiyyatının yavaşlamaq siqnalı verdiyi bir şəraitdə seçkiyə gedəcək Trampın 2020-də qazanmaq üçün yeni ticarət müharibəsi silahına sarılacağını iddia edib və əlavə edib:
"Bu ilin sonunda, ya da gələn il Dünya iqtisadiyyatında işlər pis getməyə başlayanda və Amerika da bundan əziyyət çəkəndə, 2020-cə seçkilərə gedən Tramp belə deyəcək: "Bu hərflərin başını əzmək lazımdır". Məhz o zaman Çin, Yaponiya və digər ölkələr ticarət müharibələrinin təsirini daha çox hiss edəcəklər. Çünki Tramp bunun ona seçkiləri qazandracağına inanır".
Hazırda "Rogers Holdings"in sədri olan Rocers, yeni "Yaponiyanın Gələcəyi və Valyuta Axını Vasitəsilə Oxunacaq Dünya" adlı kitabının təqdimatı üçün Yaponiyadadır.
"The Japan Times"a görə, Rocers kitabda görünməmiş qlobal borcun yığılması səbəbindən qarşıdakı 1-2 il ərzində fəlakət səviyyədə bir iqtisadi tənəzzül proqnozlaşdırır.
Qlobal ümumi borc miqdarı 2008 böhranından bu yana 43 faiz və ya 75 trilyon dollar artımla təxminən 250 trilyon dollara çatıb. Dünyanın ən böyüyü olan ABŞ iqtisadiyyatının bir illik istehsalı 22 trilyon dollardır. Dünyanın bir illik istehsalı isə 80 trilyon dollar səviyyəsindədir.
Rocers kitabında Yaponiya üçün də qaranlıq bir gələcək nəzərdə tutur. Məşhur investora görə, dünyanın ən yüksək səviyyəli dövlət borcu, azalan əhali və qaçqınların qəbul edilməməsi ölkənin ən mühüm çatışmazlıqlarıdır.
Rocers bundan başqa, mərkəzi bankların "həddən artıq" pul kəsmək siyasətini "dəlilik" kimi səciyyələndirir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib




















.jpg)



