Qida Təhlükəsizliyi Agentliyi “AZZA”nı araşdırır
“AZZA” şirniyyat evindən alınmış tortun içərisindən sellofan torba çıxıb.
Bu barədə mətbuata müraciət edən Bakı şəhər sakini Bayram Qubaxanlı məlumat verib. O bildirib ki, AZZA şirniyyat evinin paytaxtın Nəsimi rayonunda yerləşən filialından tort alıb. Amma tortu kəsən zaman içərisindən bükülmüş sellofan torba aşkarlanıb. O, rastlaşdığı xoşagəlməz hadisə ilə bağlı şirniyyat evinə müraciət etsə də, əvvəlcə tortun qaytarılmasının mümkün olmadığını bildiriblər. Bir həftə sonra isə tortu geri alan şirniyyat evinin əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlanacağını qeyd ediblər:
“Əvvəl tortu qaytarmaq isəmirdilər. Mənə dedilər ki, biz inanmırıq, bəlkə özünüz qoymusuz. Amma sonradan sübut olundu ki, sellofan torbanın alıcı tərəfindən tortun içərisinə qoyulması mümkünsüzdür. Mənə bildirdilər ki, araşdırmaların yekun nəticələri haqda məlumat veriləcək. Sonradan gah dedilər ki, sabah, gah dedilər ki, birisigün məlum olacaq. Bir həftədən sonra zəng etdilər ki, tortu götürə bilərəm. Mən də Nizami rayonunda yaşadığımdan orada yerləşən AZZA şirniyyat evindən tortu götürmək istədim. Mənə bildirdilər ki, hadisə ilə hansı filialda qarşılaşmışamsa, yalnız müraciət edə və tortu ancaq oradan götürə bilərəm. Nəhayət, bir həftəlik süründürməçilikdən sonra mən tortu qaytardığım filialdan götürə bildim”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, bununla bağlı araşdırmalara başlanılıb: "Araşdırmalar nəticəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".
Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər: "Məlumatda məhsulun adı, istehsalçısı, istehsal tarixini qeyd etsinlər".
Məsələ ilə əlaqədar “AZZA” şirniyyat evinə də müraciət edilib. Şirkət belə bir hadisənin baş verdiyini təsdiqləsə də, məsələ ilə bağlı əlavə açıqlama vermək istəməyib.

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
29 d. əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
-
58 d. əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 saat əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
-
3 saat əvvəl
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Ən çox oxunanlar
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq






















