Qusarlı fermerdən kəşf - bir gündə 50 tona yaxın kartof çeşidləyir

Qusarlı fermer bir gündə 50 tona yaxın kartof çeşidləyə bilən aqreqat düzəldib.
Rayonun Yasab kəndində yaşayan 58 yaşlı Rəvayət Nəzərovun hazırladığı qurğu həm elektriklə, həm də mexaniki üsulla çalışır.
Sadə mexanizmlə işləyən qurğuda kartof diametri 800 millimetr olan barabana boşaldılır. Həmin baraban fırlandıqca kartoflar ölçüsünə uyğun dəliklərdən xüsusi yuvalara tökülür. Bu aqreqat kartofu 35, 36-55, 56-85 millimetr və 85 millimetrdən böyük olmaqla 4 ölçüdə çeşidləyir.
Rəvayət Nəzərov 8 ay ərzində düzəltdiyi kartof çeşidləyici aqreqatın təsərrüfatçıların əməyini xeyli yüngülləşdirəcəyini bildirir. Belə ki, 10 işçi əl əməyi ilə bir gündə cəmi 3 ton kartof çeşidləyə bilir. Yeni aqreqat vasitəsilə şəraitdən və işçi qüvvəsindən aslı olaraq 8 saatlıq iş rejimində 20 tondan 48 tona kimi kartofu çeşidləmək mümkündür. Bu zaman aqreqata cəmi 2 manat dəyərində elektrik enerjisi sərf olunur.
Dəmir konstruksiya üzərində quraşdırılan aqreqatın hissələrini çıxarmaq, dəyişdirmək və təmir etmək mümkündür. Üç metrə yaxın uzunluqdakı qurğunun hündürlüyü 1,6 metr, çəkisi isə 180 kiloqramdır. Çeşidləyicinin barabanı 1 dəqiqədə 8 dövrə vurur.
Aqreqatın yerdəyişməsini bir nəfər həyata keçirir. Çeşidləmə prosesində isə 4 işçi qüvvəsi tələb olunur.
“Əllə görülən iş iqtisadi cəhətdən səmərəli deyil. Bu, əlavə vaxt və vəsait itkisinə səbəb olur. Bu aqreqat vasitəsilə kartof istehsalçıları məhsullarını tez bir zamanda çeşidləyib bazara çıxara bilər. Qurğunun adını qısa olaraq EKÇM adlandırmışam. Yəni elektrik kartof çeşidləyici maşın. Bütün detallarını özüm düzəltmişəm. Bu aqreqatın təsərrüfat sahibləri üçün faydalı olacağını düşünürəm”, - deyə R.Nəzərov bildirib.
Mütəxəsis düzəltdiyi aqreqatı kartof istehsalçılarına icarəyə verəcək. Çeşidləyici maşının bir günlük icarə haqqını 300 manat müəyyənləşdirib.
Yasab kənd sakini düzəltdiyi aqreqatı patentləşdirmək üçün müvafiq dövlət qurumlarına müraciət edib.
Qusarda tanınan fermerlərdən olan Rəvayət Nəzərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq ixtisası üzrə təhsil alıb. Seleksiya işinin həvəskarı olan R.Nəzərov toxumçuluq və tingçilik təsərrüfatının sahibidir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
23 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
