11 kənd qadını birləşib təndir evi yaradıblar - Kənd İnvestisiya Layihəsi

“Azərbaycanda kənd təsərrüfatı sahəsində məşğul əhalinin 55.8 faizini qadınlar təşkil edir. Lakin aqrar biznes sahibi olan qadınlarımızın sayı çox azdır. Bu gün bizim əsas məqsədlərimizdən biri də aqrar sahədə çalışan sahibkar qadınların sayının artmasıdır. Buna nail olmaq üçün biz kənd təsərrüfatının istənilən sahəsində qadın təşəbbüslərini dəstəkləyirik”.
Bu fikirləri Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev Masallı rayonunun Çaxırlı kəndində fəaliyyət göstərən “Cənub” Qadın İnkişaf Qrupunun təndir evinin açılışında bildirib.
“Kənd yerlərində məşğulluğun artırılması məqsədi ilə başladığımız ilk addımlarda qadınlar şirniyyat evi, təndir, xalça toxuma sexi, inkubator kimi nəticəsini tez görə biləcəkləri bizneslərə maraq göstərsələr də, getdikcə, kənd təsərrüfatının pambıqçılıq, bağçılıq, tərəvəzçilik, xüsusilə də, istixanalarda tərəvəz yetişdirilməsi kimi sahələrində özlərini sahibkar kimi sınamağa başlayıblar. Məsələn, hazırda bizim 3 qadın qrupu hər biri 10 hektar sahəni pambıq becərilməsi üçün arata qoyub”,- deyə AKİA sədri əlavə edib.
Mirzə Əliyev 2018-ci ilin martından əsası qoyulan qadın qruplarının sayının indi 14 rayonda 28-ə çatdığını və 335 qadını birləşdirdiyini deyib: “Bu qruplardakı qadınların fəaliyyəti və entuziazmı Aqrar Məşğulluğun Artırılması Layihəsi ideyasının yaranmasında xüsusi rol oynayıb. AMAL layihəsinə qoşulan gənclərin qısa müddət ərzində, planlı şəkildə özlərinə 17 biznes qurmuş bu kənd qadınlarının nümunəsindən faydalanacağına əminik”.
Çaxırlı kəndindəki təndir evinin açılışına Böyük Britaniya səfirliyinin nümayəndəsi də qatılıb. Qadınlar qonaqları təndir evi ilə tanış edərək bildiriblər ki, “CƏNUB” Qadın İnkişaf Qrupu 11 kənd qadınının bir araya gəlməsi ilə yaranıb. Qrup üzvlərinə Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində “Biznesin İnkişafı və İdarə Edilməsi”, “Qadın İnkişaf Qrupları üçün mikro müəssisənin təşkili və idarə edilməsi“ və tibbi mövzuda təlimlər verilib.
Hal-hazırda qrup öz biznes müəssisəsini 4 təndir, 1 kürə və şirniyyat bişirmək üçün aldığı avadanlıqlarla genişləndirərək, Cənub çörəyi, ləvəngi və Cənub zonasına xas olan müxtəlif milli şirniyyatların hazırlanması və satışı ilə məşğuldur. Onların bişirdiyi çörək, ləvəngi və digər şirniyyatlar şadlıq saraylarına, marketlərə, məktəbə və kənd sakinlərinə satılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
30 d. əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 38 d. əvvəl
-
- 45 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
1 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
3 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
4 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
4 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
5 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
