Qeyri-neft məhsulları ixracımız 2 milyard dollara çatmır
2018-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 113 ölkəyə məhsul ixrac olunmuş, 178 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 31755,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 20290,9 milyon dollar, idxalın dəyəri 11465,0 milyon dollar təşkil etmiş, nəticədə 8825,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, o cümlədən ixrac 31,1 faiz, idxal 30,5 faiz artmışdır. Real ifadədə isə dövriyyə 0,5 faiz, o cümlədən ixrac 0,6 faiz, idxal 0,2 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 30,2 faizini İtaliyaya, 9,4 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,8 faizini Çexiyaya, 4,2 faizini Hindistana, 4,0 faizini Almaniyaya, 3,7 faizini Tayvana (Çinin əyaləti), 3,4 faizini Rusiyaya, hər biri 3,1 faiz olmaqla Kanada və İndoneziyaya, 2,7 faizini Portuqaliyaya, 2,5 faizini Gürcüstana, 2,3 faizini Fransaya, 2,0 faizini İspaniyaya, qalan 17,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 13,8 faizi Türkiyə, 10,4 faizi Çin, 5,8 faizi Almaniya, 4,6 faizi ABŞ, 4,5 faizi İsveçrə, 4,1 faizi Ukrayna, 3,6 faizi İran, 3,3 faizi Yaponiya, 3,0 faizi İtaliya, 2,3 faizi Birləşmiş Krallıq, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2018-ci ildə ölkədən 1 milyard 689,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilə nisbətən faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə isə 1,0 faiz çoxdur.
2018-ci ildə 2017-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,4 faiz, təzə tərəvəz – 1,6 faiz, kartof – 15,6 faiz, bitki yağları – 14,2 faiz, meyvə və tərəvəz konservləri – 12,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 1,8 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 5,2 faiz, pambıq lifi – 2,4 dəfə, polietilen – 5,1 faiz, emal olunmamış alüminium – 9,4 faiz, pambıq ipliyi – 35,0 faiz artmış, şəkər ixracı isə 28,0 faiz, tütün – 9,0 faiz, meyvə və tərəvəz şirələri – 22,2 faiz, çay – 21,2 faiz, qara metallardan borular – 2,3 faiz, qara metallardan yarımfabrikatlar – 49,8 faiz, bentonit gili – 11,5 faiz azalmışdır.
2017-ci illə müqayisədə 2018-ci ildə siqaret idxalı 2,2 faiz, təzə meyvə – 42,2 faiz, quş əti və onun əlavə məhsulları – 32,0 faiz, qara metallardan borular – 1,6 dəfə, minik avtomobilləri – 2,3 dəfə, qara metallardan çubuqlar – 45,9 faiz, mineral gübrələr – 1,6 dəfə, mebellər – 24,0 faiz, hesablama maşınları, blok və qurğuları – 42,8 faiz, polietilen – 13,6 faiz, məişət kondisionerləri – 39,6 faiz, paltaryuyan maşınlar – 10,8 faiz, yük avtomobilləri – 1,9 dəfə, qara metallardan künclüklər – 7,0 faiz, avtobuslar – 1,6 dəfə, sement və sement klinkerləri – 36,2 faiz, məişət soyuducuları – 52,1 faiz artmış, buğda idxalı isə 15,2 faiz, bitki yağları – 0,8 faiz, xam şəkər və şəkər – 35,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 12,3 faiz, çay – 4,6 faiz, kartof – 5,7 faiz, mal əti – 10,0 faiz, təzə tərəvəz – 41,3 faiz, polad prokatı – 11,4 faiz, rezin şinlər – 13,7 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One İdea” müsabiqəsinə start verdi - 5000 MANATADƏK MÜKAFAT
- 3 gün sonra
-
-
10 d. əvvəl
Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
-
32 d. əvvəl
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
-
1 saat əvvəl
Sumqayıt Sənaye Parkında ötənilki satışın yarısı ixraca yönəldilib
-
1 saat əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” tələbələr üçün “One İdea” müsabiqəsinə start verdi - 5000 MANATADƏK MÜKAFAT
Kriptovalyuta ticarəti kursu
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
“Xudafərin”, “Qız Qalası” və “Ordubad” stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb
Naxçıvanda içməli su ilə təminat subartezian quyular ilə yaxşılaşdırılacaq - 40 QUYU QAZILACAQ, SİYAHI
Ən çox oxunanlar
Fevralın 25-də gözlənilən hava şəraiti
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq





















