“Azsığorta” zərərdən mənfəətə keçib
Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “Azsığorta” şirkəti 2018-ci ili 4,7 milyon manat xalis mənfəətlə başa vurub.
Şirkətin yayadığı məlumatda bildirilir ki, mənfəətin əldə edilməsi – portfelin keyfiyyətinin yaxşılaşdırılması, xərclərin azaldılması və investisiya gəlirləri sayəsində mümkün olub.
Müqayisə üçün qeyd edək ki, “Azsığorta” ASC 2017-ci ili 3 milyon 64 min manat xalis zərər ilə bağlamışdı.
Məlumatda qeyd edilib ki, 2018-ci ildə şirkət könüllü və icbari sığorta növləri üzrə ümumilikdə 20 milyon manatdan çox sığorta haqqı toplayıb. Sığorta ödənişlərinin həcmi isə 8 milyon manat təşkil etmişdir.
2018-ci il ərzində AZSIĞORTA şirkətinin kapitallaşması 29,9 milyon manatdan 34,7 milyon manatadək artıb. Nizamnamə kapitalı 20,3 milyon manat səviyyəsində qalan şirkət bu göstərici üzrə bazarda 3 sığorta şirkətindən biridir.
Ümumi aktivlərin həcmi, demək olar ki, dəyişməyərək, 61 milyon manat səviyyəsində qalıb. Bununla belə, 2017-ci ildə 53,6 milyon manat olan qısamüddətli aktivlər 54,1 milyon manatadək artıb. Keçən il ərzində şirkətin debitor borcları 1 milyon manat həcmində azalmışdır.
Qeyd edək ki, bu gün “AzSığorta” şirkətində mətbuat konfransı keçirilib. Şirkətin İdarə Heyətinin sədri Anar Talıbov jurnalistlərin suallarını cavablandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
10 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 13 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)












.jpg)




