Böyük Britaniya faiz qərarını açıqlayıb

Böyük Britaniya Mərkəzi Bankı (BoE) Fevral ayı toplantısında uçot dərəcəsini 0.75%-də, qiymətli kağız alışı proqramını isə 435 milyard sterlinqdə saxlayıb.
"Marja" xəbər verir ki, Bankın faiz nisbətlərində və qiymətli kağız alışı proqramında dəyişiklik etməsi gözlənilmirdi.
Bank,"Brexit"in iqtisadiyyata olan zərərinin artdığına diqqət çəkərək iqtisadi artım proqnozlarını aşağı salıb.
İnvestisiyalarda kəskin azalma nəzərdə tutan və qeyri-müəyyənliyin də artdığını qeyd edən bank, bu ilki iqtisadi artım təxminini 1.7%-dən 1.2 %-ə salıb. Bu, 2016-dakı referendumdan bəri ən sürətli azaltmadır. 2020-ci il üçün də təxmin 1.7%-dən 1.5%-ə endirilib.
Açıqlamada inflyasiyanın qarşıdakı aylarda neft qiymətlərindəki enişlə müvəqqəti 2%-dən aşağı düşəcəyi qeyd edilib. 12 ay sonra üçün inflyasiya proqnozu 2.10%-dən 2.35%-ə qaldırılıb, 24 ay sonrası üçün isə 2.12 % -dən 2.07%-ə salınıb.
Böyük Britaniya 29 Martda Avropa Birliyindən '"boşanmaya'" hazırlaşır, amma hələ bir razılaşmanın olmaması şirkətlərin investisiyaları azaltmalarına və istehlakçıların da narahatlıqlarının artmasına səbəb olur.
Açıqlamadan sonrası sterlinq dollar qarşısında geriləyib.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
-
30 d. əvvəl
“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan daha bir beynəlxalq vençur fondu ilə danışıqlar aparır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin gəlirləri ilin ilk yarısında 16% artaraq 4,3 milyard dollara çatıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub

Qızılın qiymətində yeni rekord – ABŞ hökumətinin bağlanması və faiz endirim gözləntiləri bazarları hərəkətə gətirib
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Sumqayıtda yığılan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!
