Azercell NNTV xidmətini təqdim edir
(®) Artıq mobil telefonda 150 televiziya kanalını izləmək imkanından zövq al
“Azercell Telekom” MMC abunəçilərinə mobil telefonda teleyayım imkanlarını yaradan NNTV xidmətini təqdim edir. Bu xidmət vasitəsilə Azercell abunəçiləri 150 televiziya kanalını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı əldə edirlər.
NNTV xidməti heç bir əlavə avadanlıq (kabel, anten və s.) olmadan telekanallara abunə olmaq imkanı yaradır. Bu texnoloji yenilik sayəsində telekanalları istənilən yerdə, istənilən provayderin şəbəkəsində yüksək keyfiyyətdə - HD formatda izləmək mümkündür. Dünyanın ən məşhur və ən çox izlənilən kanallarını smartfona daşıyan NNTV xidmətinin əsas üstünlüyü ondadır ki, abunəçi bu kanalları yalnız ölkə ərazisində deyil, xaricdə olarkən də izləyə bilər. Bundan əlavə, kanaldan müəyyən video məzmunu yükləyib sonra da izləmək mümkündür.
Mobil TV xidmətindən yararlanmaq istəyən abunəçilər günlük və ya aylıq paketi seçə bilərlər. Aylıq paketi aktiv etmək üçün AY sözünü, Günlük paketi aktiv etmək üçün isə GUN sözünü yazıb 5773 nömrəsinə göndərmək lazımdır. Kanalları izləyə bilmək üçün xidmətə qoşulduqdan sonra Google Play (Android) və App Store (iPhone) platformalarından NNTV mobil tətbiqini yükləmək lazımdır.
NNTV xidməti ilə bağlı ətraflı məlumatla www.azercell.com saytından tanış olmaq mümkündür.
Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/nntv/ səhifəsinə daxil olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 saat əvvəl
"Azercell" şirkəti "Turkcell Azərbaycanın mobil operatoruna satılacaq" iddialarına cavab verdi
-
4 saat əvvəl
Bahar Residence-də “Bakı mədəni kodu: ev, şəhər və insan” mövzusunda intellektual görüş keçirilib
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Bank of Baku" "UiPath" ilə proseslərin robotlaşdırılmasına başlayır
-
7 saat əvvəl
Bakıda inşa edilə nəhəng yaşayış kompleksində "Rahat Gourmet" açılıb
-
7 saat əvvəl
Azərbaycanın telekommunikasiya şirkətinin kapitalı böyük məbləğdə azaldılıb
-
7 saat əvvəl
Xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
"CEO artıq yalnız menecer deyil, şirkətin əsas kommunikasiya kanalıdır" - MÜSAHİBƏ
-
8 saat əvvəl
İlk 2 ayda pərakəndə ticarət şəbəkəsində satışların məbləği 10 milyard manatı aşıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Azercell" şirkəti "Turkcell Azərbaycanın mobil operatoruna satılacaq" iddialarına cavab verdi
Bahar Residence-də “Bakı mədəni kodu: ev, şəhər və insan” mövzusunda intellektual görüş keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda inşa edilə nəhəng yaşayış kompleksində "Rahat Gourmet" açılıb
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Ən çox oxunanlar
"UniCredit"dən "Commerzbank"a 35 milyard avroluq təklif
"Qlobal iqtisadiyyatdakı son proseslər nəzərə alınacaq, yenilənmiş makroiqtisadi proqnozlar təqdim ediləcək"























