Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası yaradılıb, sədr seçilib
Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası təsis olunub.
Bununla bağlı dekabrın 28-də Bakı Biznes Mərkəzində keçirilmiş təsis yığıncağında çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən sistemli və kompleks tədbirləri vurğulayıb.
Qeyd olunub ki, dövlət - sahibkar münasibətlərinin genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin əlaqələndirilməsi və müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə indiyədək 20-ə yaxın sahəvi assosiasiya yaradılıb və uğurla fəaliyyət göstərirlər. Niyazi Səfərov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sənaye müəssisələri arasında əməkdaşlığın qurulması baxımından əhəmiyyətli olacağını, İqtisadiyyat Nazirliyinin assosiasiyaların fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının gələcək fəaliyyəti, bu sahədə qabaqcıl beynəlxalq təcrübə barədə fikirlərini bölüşüblər.
Tədbirdə çıxış edən “Asena Ko” MMC-nin direktoru Vahid Hümmətov, “ATEF Şirkətlər Qrupu”nun İdarə Heyəti sədrinin müavini Nadir Kərimov və “Bakı Polad Burazlar” ASC-nin İdarə Heyətinin sədri Zakir Nəsirov maşın və avadanlıq istehsalı sahəsində assosiasiyanın təsis olunmasının sənaye müəssisələrinin fəaliyyətinin təşkili, korporasiya əlaqələrinin günişləndirilməsi və birgə əməkdaşlıq baxımından əhəmiyyətli olacağını qeyd ediblər.
Tədbirdə təşkilati məsələlər müzakirə olunub, Assosiasiyanın nizamnaməsi təsdiq edilib, İdarə Heyətinin üzvləri seçilib. “Azərmaş” ASC İdarə Heyətinin sədri Emin Axundov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























