"Bankların iqtisadiyyata kredit vermək imkanları daha da yüksəkdir"
2018-ci ildə iqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli açıq bazar əməliyyatlarını aktivləşdirmişdir.
“Marja”nın məlumatına görə, Azərbaycan Respublikası Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatın qeyd edilir ki, Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 55 depozit hərracı, notların yerləşdirilməsi üzrə 51 hərrac keçirmişdir. Depozit əməliyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilmiş, notlar isə 28 gün müddətinə yerləşdirilmişdir:
"11 ayda Mərkəzi Bankın depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitin həcmi 9.7% azalmış və dövrün sonuna 1.75 mlrd. manat təşkil etmişdir. İl ərzində faiz dəhlizinin aşağı həddinin azaldılması ilə sterilizasiya əməliyyatları üzrə gəlirliyin enməsinə baxmayaraq, keçirilən hərraclarda tələbin təklifi əhəmiyyətli üstələməsi bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisitinin qaldığını göstərir.
2018-ci ildə inflyasiya təzyiqinin azalması və iqtisadi artımın pozitiv dinamikası kredit aktivliyinin tədricən bərpasına şərait yaratmışdır. 2018-ci ilin 11 ayında kredit qoyuluşları 6.9% artmışdır. Lakin bankların iqtisadiyyata kredit vermək imkanları daha da yüksəkdir".
Daha ətraflı:
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























