"Kapital Bank" nizamnamə kapitalından ən yaxşı istifadə edən bankdır
Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin yanvar-sentyabr aylarını 171,8 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il oktyabrın 1-nə malik olduqları 4 437,7 milyon manat məbləğində nizamnamə kapitalının 3,9%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, ilin ilk 9 ayından mənfəətlə çıxmış 24 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 34,5%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə, Azərbaycanda 6-cı bankdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bank yanvar-sentyabrda nizamnamə kapitalının 27,1%-i qədər mənfəət əldə edib. Baxmayaraq ki, "Unibank" kapitalının məbləğinə görə, ölkədə 9-cu bankdır.
3-cü yerə isə 26,9%-lik göstərici ilə "Premium Bank" ASC sahib olub. Baxmayaraq ki, bu bank nizamnamə kapitalının məbləğinə görə, 30 bank arasında 11-ci yerdə qərarlaşıb.
Mənfəətlə işləyən qalan 21 bankdan 3-də sözügedən göstərici 10-26% arasında, 13 bankda 1-10% arasında, 5 bankda isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın 9 aylıq mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 | Kapital Bank | 34,5% |
2 | Unibank | 27,1% |
3 | Premium Bank | 26,9% |
4 | Azərbaycan Beynəlxalq Bankı | 25,7% |
5 | PAŞA Bank | 15,1% |
6 | AFB Bank | 10,6% |
7 | Xalq Bank | 8,0% |
8 | Azərbaycan Sənaye Bankı | 7,8% |
9 | Naxçıvan Bank | 6,5% |
10 | Bank of Baku | 5,9% |
11 | Bank Avrasiya | 5,4% |
12 | Yapı Kredi Bank Azərbaycan | 4,9% |
13 | NBC Bank | 4,6% |
14 | Bank BTB | 3,3% |
15 | Zıraat Bank Azərbaycan | 3,2% |
16 | Günay Bank | 2,9% |
17 | İran Milli Bankı - Bakı | 2,4% |
18 | Express Bank | 2,3% |
19 | Bank Respublika | 1,7% |
20 | Muğan Bank | 0,8% |
21 | Rabitəbank | 0,5% |
22 | Azər-Türk Bank | 0,2% |
23 | Turan Bank | 0,1% |
24 | Atabank | 0,1% |
25 | Pakistan Milli Bankı - Bakı | -0,7% |
26 | AGBank | -5,9% |
27 | Access Bank | -8,4% |
28 | Amrah Bank | -25,8% |
29 | Nikoyl Bank | -27,0% |
30 | Bank VTB Azərbaycan | -79,4% |
© Renkinq
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























