Aktivlərindən ən yaxşı istifadə edən banklar - "UNİBANK" 1-CİDİR
Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin yanvar-sentyabr aylarında 171,8 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların oktyabrın 1-nə malik olduqları 29 201,8 milyon manat məbləğində aktivlərin 0,6%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, bu ilin ilk 9 ayını mənfəətlə başa vurmuş 24 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Unibank" olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 5,1%-ni təşkil edib. Baxmayaraq ki, "Unibank" aktivlərinin məbləğinə görə, 30 bank arasında 8-ci yerdə qərarlaşıb.
Bir qədər əvvəl "Bank Silk Vey" adından imtina etmiş "Premium Bank" isə yanvar-sentyabrda aktivlərinin 4,6%-i qədər mənfəət əldə edib və fəaliyyət effektivliyinə görə, 2-ci yeri tutub. Bu bank aktivlərinin məbləğinə görə, Azərbaycanda 10-cudur.
3-cü yerə isə 3,8%-lik göstərici ilə ölkənin ən böyük bankı - "Azərbaycan Beynəlxalq Bankı" sahib olub.
Mənfəətlə işləyən qalan 21 bankdan 2-də sözügedən göstərici 2-3% arasında, 7 bankda 1-2% arasında, 12 bankda isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın 9 aylıq mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 | Unibank | 5,1% |
2 | Premium Bank | 4,6% |
3 | Azərbaycan Beynəlxalq Bankı | 3,8% |
4 | Naxçıvan Bank | 2,3% |
5 | Kapital Bank | 2,1% |
6 | AFB Bank | 1,8% |
7 | Bank Avrasiya | 1,6% |
8 | İran Milli Bankı - Bakı | 1,6% |
9 | PAŞA Bank | 1,2% |
10 | Günay Bank | 1,1% |
11 | NBC Bank | 1,1% |
12 | Bank of Baku | 1,0% |
13 | Xalq Bank | 0,9% |
14 | Zıraat Bank Azərbaycan | 0,7% |
15 | Bank BTB | 0,7% |
16 | Express Bank | 0,7% |
17 | Yapı Kredi Bank Azərbaycan | 0,5% |
18 | Azərbaycan Sənaye Bankı | 0,5% |
19 | Bank Respublika | 0,1% |
20 | Muğan Bank | 0,1% |
21 | Rabitəbank | 0,1% |
22 | Azər-Türk Bank | 0,0% |
23 | Atabank | 0,0% |
24 | Turan Bank | 0,0% |
25 | Pakistan Milli Bankı - Bakı | -0,6% |
26 | AGBank | -1,2% |
27 | Access Bank | - 1,4% |
28 | Amrah Bank | -5,0% |
29 | Nikoyl Bank | -19,6% |
30 | Bank VTB Azərbaycan | -173,8% |
© Renkinq
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























