AYİB-in nümayəndələri Palatada olublar
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.
Palatanın mətbuat xidmətindən bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Fernandes Duartenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Palatanın idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov maliyyə inklüzivliyinin artırılması, konsolidasiya edilmiş risk əsaslı nəzarət modelinin tətbiqi, banklarda daha sağlam risk idarəetməsinin təmin edilməsi üzrə görülmüş işlərlə bağlı qonaqlara məlumat verib. Bununla yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsində alternativ maliyyə resurslarından istifadənin genişləndirilməsi ilə bağlı da fikirlər səsləndirilib.
Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte qeyri-işlək aktivlərin restrukturizasiyası sahəsində palata tərəfindən göstərilən səylərin yüksək qiymətləndirildiyini və bu mövzuda AYİB-in ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətində olduğunu nəzərə çatdırıb.
Görüşün sonunda Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər istiqamətlər üzrə məsələlərə dair fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























