Azərbaycanda 14 bank kapitalından "yeyib"
Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün balans kapitalı nizamnamə kapitalından azdır.
Başqa sözlə, həmin banklar fəaliyyətdə olduqları müddətdə nizamnamə fondlarına qoyulmuş kapitaldan "yeyiblər". Kapitalı ən çox azalmış bank "Bank VTB Azərbaycan" (261,05 milyon manat), kapitalı ən az azalmış bank isə İran Milli Bankının Bakı filialı (2,983 milyon manat) olub.
16 bank isə kapitalını artırmağı bacarıb. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (117,644 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (0,729 milyon manat) qeydə alınıb.
Hesabat tarixinə bank sektorunun balans kapitalı isə nizamnamə kapitalından 317,286 milyon manat az olub.
№ | Bankın adı | Bankın balans kapitalı ilə nizamnamə kapitalı arasında fərq |
1 | Kapital Bank | 117,644 |
2 | PAŞA Bank | 58,445 |
3 | Xalq Bank | 47,682 |
4 | Premium Bank | 43,292 |
5 | Azərbaycan Beynəlxalq Bankı | 38,717 |
6 | Azərbaycan Sənaye Bankı | 35,229 |
7 | Atabank | 24,433 |
8 | Yapı Kredi Bank Azərbaycan | 21,197 |
9 | Zıraat Bank Azərbaycan | 17,621 |
10 | Bank Avrasiya | 11,508 |
11 | Express Bank | 10,011 |
12 | Naxçıvan Bank | 9,430 |
13 | Turan Bank | 3,992 |
14 | Azər-Türk Bank | 3,419 |
15 | AFB Bank | 3,409 |
16 | Pakistan Milli Bankı - Bakı | 0,729 |
17 | İran Milli Bankı - Bakı | -2,983 |
18 | Günay Bank | -3,023 |
19 | NBC Bank | -4,360 |
20 | Amrah Bank | -7,600 |
21 | Bank BTB | -9,862 |
22 | Bank of Baku | -13,335 |
23 | Rabitəbank | -14,311 |
24 | Muğan Bank | -15,991 |
25 | Bank Respublika | -18,148 |
26 | Unibank | -41,036 |
27 | AGBank | -61,382 |
28 | Access Bank | -84,249 |
29 | Nikoyl Bank | -226,714 |
30 | Bank VTB Azərbaycan | -261,050 |
| Cəmi | -317,286 |
Bankların kapitalının artma/azalma dinamikasına görə renkinqi isə aşağıdakı kimidir. Göründüyü kimi burada ardıcıllıq yuxarıdakı cədvəldən bir qədər fərqlidir. Kapitalı ən kəskin və ən yumşaq azalmış banklar 1-ci cədvəldəki kimi "Bank VTB Azərbaycan" və İran Milli Bankının Bakı filialı olsa da, kapitalı ən kəskin və ən yumşaq artmış banklar 1-ci cədvəldən fərqli olaraq "Azərbaycan Sənaye Bankı" və "Azərbaycan Beynəlxalq Bankı"dır (yəni "Kapital Bank" və Pakistan Milli Bankının Bakı filialı deyil).
№ | Bankın adı | Bankın kapitalının artma/azalma dinamikası |
1 | Azərbaycan Sənaye Bankı | 58,7% |
2 | Kapital Bank | 57,2% |
3 | Premium Bank | 41,4% |
4 | Yapı Kredi Bank Azərbaycan | 38,3% |
5 | Zıraat Bank Azərbaycan | 35,2% |
6 | Bank Avrasiya | 23,0% |
7 | Xalq Bank | 21,2% |
8 | Atabank | 20,4% |
9 | PAŞA Bank | 17,6% |
10 | Naxçıvan Bank | 13,9% |
11 | Pakistan Milli Bankı - Bakı | 7,7% |
12 | Express Bank | 7,3% |
13 | Turan Bank | 7,3% |
14 | Azər-Türk Bank | 6,8% |
15 | AFB Bank | 4,8% |
16 | Azərbaycan Beynəlxalq Bankı | 3,1% |
17 | İran Milli Bankı - Bakı | -4,1% |
18 | Günay Bank | -4,7% |
19 | NBC Bank | -6,8% |
20 | Rabitəbank | -14,1% |
21 | Bank BTB | -14,8% |
22 | Muğan Bank | -18,8% |
23 | Amrah Bank | -19,1% |
24 | Bank Respublika | -24,7% |
25 | Bank of Baku | -25,2% |
26 | Unibank | -32,6% |
27 | AGBank | -59,4% |
28 | Access Bank | -60,1% |
29 | Nikoyl Bank | -76,6% |
30 | Bank VTB Azərbaycan | -82,7% |
| Orta hesabla | -7,1% |
© Renkinq
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























