“Azərbaycan vətəndaşları xaricdə etdikləri nağdsız ödənişləri öz ölkəmizdə etmirlər”
“Şəffaflaşmaya ən çox mane olan və əngəl törədən amillərdən biri nağdsız ödənişlərin səviyyəsinin həddindən artıq aşağı olmasıdır”.
Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov ATV-də yayımlanan “İqtisadi zona” proqramında deyib.
Onun sözlərinə görə, nağd hesablaşmaların səviyyəsinin azaldılması, nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində islahatlar həyata keçirilsə də bu sahədə ciddi pronblemlər var: “Azərbaycan vətəndaşları xaricə gedərkən orada nağdsız qaydada, yəni kart vasitəsilə həyata keçirdikləri ödənişləri öz ölkəmizdə etmirlər. Bunun bir səbəbi ticarət və iaşə obyektlərində POS-terminalların tətbiqində problemlərin olması ilə bağlıdırsa, digər səbəbi də alıcıların öz haqlarını tələb etməməsi, köhnə vərdişlərə, kartlardan istifadəyə deyil, nağd pulla ödəniş etməyə üstünlük vermələridir. Azərbaycanda nağdsız ödənişlərin səviyyəsini qaldırmaq üçün bu sahədə ciddi dönüş yaradılmalıdır. Çünki dövriyyədəki məbləğlər çox böyükdür və bu, “kölgə iqtisadiyyatı”nın çiçəklənməsi üçün şərait yaradan amillərdən biridir”.
2016-cı ildə Azərbaycanda nağdsız hesablaşmalar haqqında qanunun qəbul olunduğu, nağdsız ödənişlərin inkişafı üçün lazımi hüquqi baza yaradıldığı xatırladan nazir müavini vurğulayıb ki, Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərdə bu sahədə ciddi stimullaşdırıcı tədbirlər nəzərdə tutulub:
“Ümumi mövqe bundan ibarətdir ki, nağdsız hesablaşmadan həm alıcı, həm də satıcı - yəni sahibkar faydalana bilsin. Məsələn, ödəniş nağdsız qaydada, POS-terminal vasitəsilə aparıldıqda ƏDV-nin 15 faizi alıcıya qaytarılacaq. Ödəniş nağd şəkildə aparıldıqda isə alıcıya nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilən hesablaşma çeki əsasında ƏDV-nin 10 faizi qaytarılacaq. Sahibkara gəldikdə isə, onun ümumi dövriyyəsindəki nağdsız hesablaşmaların xüsusi çəkisi müəyyənləşdiriləcək və həmin məbləğə 25 faiz güzəşt tətbiq olunacaq. Dövlət bunu ona görə edir ki, həm sahibkar-satıcı, həm də istehlakçı-alıcı nağd hesablaşmada maraqlı olmasın. Amma bu işə əngəl olan məsələlərdən biri də oturuşmuş vərdişlərdir ki, onlardan da imtina etməyin vaxtı çoxdan çatıb”.
Sahib Ələkbərov müsahibənin sonunda diqqəti Azərbaycanın fəal vergi sisteminin tarixinin çox cavan olmasına yönəldib: “Biz bu gün özümüzü vergi sisteminin yüz illərlə tarixi olan ölkələrlə müqayisə edə bilmərik. Lakin oturub illərlə gözləyə də bilmərik. Ona görə də həm qanunvericilik, həm də inzibatçılıq təkmilləşdirilir, dövlət büdcəsi üçün bəzi maddi itkilər hesabına başa gəlsə belə, geniş stimullaşdırıcı tədbirlərdən istifadə olunur. Nəticə etibarilə bundan bizim iqtisadiyyatımız və vətəndaşlarımız udacaqlar”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Vergilər"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























