Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR
31 oktyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 690.2 milyon manat, kredit portfeli 11 milyard 889.2 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 518.2 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumata görə, sektorun balans kapitalı 4,172 mln. manat olub.
2018-ci ilin oktyabr ayı ərzində bank sektorunun aktivləri 1.7% (488.4 milyon manat), öhdəlikləri 1.7% (429.2 milyon manat), balans kapitalı isə 1.4% (59.2 milyon manat) artıb.
Oktyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5% (551.6 mln. manat) artım olub.
Hesabat tarixinə fiziki şəxslərin əmanətləri 8 milyard 57.9 milyon manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 10 ayında fiziki şəxslərin əmanətləri 6.8% artıb.
Bank sektoru cari ilin 10 ayı ərzində 581.8 manat manat əməliyyat mənfəəti, 238 milyon manat xalis mənfəət generasiya edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 140, ATM-lərin sayı 2 492 olub. Bank sektorunun işçi heyəti oktyabr ayında 0.8% (145 nəfər) artaraq
17 211 nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 10 ayında bank sektorunda çalışanların sayı 6.4% (1 040 nəfər) artıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























