Palatada QDTİB-in prezidentilə görüş olub
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) ölkəmizdə səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Palata ilə QDTİB arasında mövcud iqtisadi əlaqələr müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.
Palatanın İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov qonaqlara ölkəmizdəki iqtisadi artım, qeyri-neft sektorunun, həmçinin bank sektorunun inkişafı, bankların kapitallaşması istiqamətində görülən tədbirlər baradə ətraflı məlumat verib. Aparılan islahatların məntiqi nəticəsi olaraq Doing Businessin 2018-ci il hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını vurğulayıb.
Qara Dəniz Ticarət və İnkisaf Bankının (QDTİB) direktoru Dmitri Pankinin çıxışı zamanı təmsil etdiyi qurumun Azərbaycanda indiyə qədər həyata keçirdiyi layihələr haqqında danışıb, maliyyə institutları ilə sıx əməkdaşlıq etdiklərini və gələcəkdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə həmçinin Palata ilə QDTİB arasında əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























