"Sazz” şirkəti yeni xidmətlərini elan edib

Ötənilki “Bakutel” sərgisində “Sazz” şirkəti TD-LTE şəbəkəsinin tikintisi ilə bağlı İsrailin “Telrad Networks” şirkəti ilə müqavilə bağlandığını və “WiMAX” texnologiyasından TD-LTE texnologiyasına miqrasiya barədə elan etmişdi. 2018-ci ildə görülmüş işlərin yekunu ilə bağlı demək olar ki, şirkət Bakı şəhərinin ərazisində və Abşeron yarımadasının böyük hissəsində “WiMAX” üzərindən TD-LTE şəbəkəsini qura və optimallaşdıra bilib.
Şirkət prezidenti Ceyhun Mollazadə bildirib ki, bu il ərzində şirkət “SazzTV”, IP-telefoniya, “Wi-Fi” təhlükəsizlik kameraları kimi xidmətləri işə salmaq barədə bir sıra texnologiya tərəfdaşları ilə danışıqlar aparıb:
“LTE texnologiyası yüksək keyfiyyətli buraxılış qabiliyyətini təmin edir. Bu, öz növbəsində bizə “SazzTV”, “Sazz IP-telefoniya” və “Sazz Smart-Home” kimi əlavə xidmətlər göstərməyə imkan verir. Builki “Bakutel” sərgisində biz “SazzTV” xidmətini elan etmişik. Bu xidmətin sınaqları bir neçə şirkətlə birgə uğurla keçirilib. OTT əsasında olacaq bu xidmətin işə salınması 2019-cu ilin birinci rübündə gözlənilir. “SazzTV”yə qoşulmaq üçün abunəçilərə “Set-Top-Box” istifadəçi qurğuları təqdim olunacaq. “Smart-TV” sahiblərinə isə “Sazz” modemləri almaq və bizim şəbəkəyə qoşulmaq kifayətdir”.
O bildirib ki, mobil distributivdən istifadə etməklə istənilən qurğudan video kontenti izləmək mümkün olacaq. “SazzTV” servisi 200-dən çox kanala çıxışı təmin edir:
“Hesab edirəm ki, “SazzTV” istifadəçilərə təqdim etmək istədiyimiz “TriplePlay” konsepsiyasının maraqlı tərkib hissələrindəndir. “TriplePlay” konsepsiyası özündə 3 xidməti ehtiva edir: səsli rabitə, televiziya və məlumat ötürülməsi. Bu, kabelin çəkilməsi iqtisadi cəhətdən məqsədəuyğun olmadığı yerlərdə telefoniyaya qoşulma sayını artırmağa imkan verəcək. İndi biz yaşayış məntəqələrindən birində IP-telefoniyanın sınaq buraxılışını planlaşdırırıq. Uğurlu sınaqlar onun əhatə dairəsini Abşeron yarımadasının bütün ərazisi boyunca genişləndirməyə imkan verəcək. Bu xidmətin də işə salınması 2019-cu ilin birinci rübündə planlaşdırılır”.
Sazz-ın istifadəçilərə təqdim etmək niyyətində olduğu daha bir xidmət “Wi-Fi” kameralar xidmətidir. Bu qurğular bütün mənzil boyunca mobil qurğular vasitəsilə müşahidə aparmağa imkan verəcək.
C.Mollazadə bildirib ki, “WiMAX” şəbəkəsi 2019-cu il boyunca işləyəcək və daha sonra abunəçilərin LTE şəbəkəsinə miqrasiya mərhələsi başlayacaq:
“Bir şəbəkədən digərinə miqrasiya prosesində istifadəçilərə preferensiyalar təklif olunacaq. LTE şəbəkəsinin özü isə buraxılış gücünün artması və əhatə dairəsinin genişlənməsi baxımından təkmilləşəcək. Bizim planlarımıza 2019-cu ildə Abşeron yarımadasının 95 faizinin əhatə olunması daxildir. MU LTE texnologiyasından istifadə etməklə isə məlumat ötürmə sürətini 220 Mbit/saniyəyədək çatdıra bilərik. 2019-cu ildə biz həmçinin şəbəkənin gücünü ikiqat artırmağı, 2020-ci ildə 5G şəbəkəsinə keçməyi planlaşdırırıq. Bununla da “Sazz” şəbəkəsində məlumat ötürmə sürəti 1 Gbit/saniyəyə çatacaq”.
Şirkət prezidenti əlavə edib ki, hazırda “Verizon”, “AT&T”, “Softbank Mobile”, “Docomo”, “China Mobile” kimi dünyaca məşhur telekommunikasiya şirkətləri 5G-yə keçidə hazırlaşır. Onlar bu şəbəkədə həm mobil, həm də stasionar xidmətlər göstərməyi planlaşdırır:
“Sazz” şirkəti özünü stasionar simsiz çıxış xidmətinin tədarükçüsü kimi təqdim edir və abunəçilərə yüksək səviyyəli xidmətlər təklif etmək üçün bu sahənin aparıcı şirkətlərinin təcrübələrini öyrənir”
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 d. əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
14 d. əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
-
- 16 d. əvvəl
-
27 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 33 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 39 d. əvvəl
-
43 d. əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
51 d. əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
54 d. əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
-
1 saat əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Ən çox oxunanlar

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb
