Son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalı vasitəsi ilə Rusiyaya 60 ton qoyun yunu ixrac olunub. İxracı Zaqatala sakini sahibkar Əlihüseyn Şirinli həyata keçirib. Rəsmi rəqəmlər göstərir ki, son 10 ildə Azərbaycandan Rusiyaya yun ixrac edilməyib.
Mərkəzdən “Marja”ya daxil olmuş məlumata görə, l qrup əlil olan Ə.Şirinli ona uğur qazandıran Azexport.az portalı ilə əməkdaşlığı cari ilin avqust ayında başlayıb. Bu müddət ərzində ona potensial sifarişlər barədə məlumat, ixrac bazarında mövcud texniki baryerlər və Azərbaycanda bütün ixrac prosedurları ilə bağlı məlumat verilib. İlk partiya məhsulunu Rusiyaya göndərən Ə.Şirinli portalla əməkdaşlığını davam etdirəcəyini və ixracın həcmini daha da artıracağını bildirib. Onun sözlərinə görə, ixracdan əldə etdiyi gəlir ilə mövcud istehsal sahəsini genişləndirəcək və yeni iş yerləri yaradacaq.
Qeyd edək ki, son illər Azərbaycan Respublikasında yun istehsalı artsa da, onun ixracı ilə bağlı müəyyən problemlər qalmaqdadır. Azexport.az portalı isə bu ixrac prosesi ilə ölkəmizdən qoyun yunu ixracının həm həcminin artmasına, həm də ixrac coğrafiyasının genişlənməsinə töhfə verir.
Azexport portalının rəhbəri Zaur Qardaşov da əlavə edir ki, ixraca və ümumilikdə biznesə ölkəmizdə yaradılan şərait bu gün imkan verir ki, istək, niyyət və işgüzarlıq varsa hər kəs özünə yüksək gəlir mənbəyi təmin edə bilər, hətta fiziki məhdudiyyətli insanlar da. Yəni Azexport portalı hər kəs üçün bərabər imkanlar yaradır. Bundan başqa Azexport bir rəqəmsal platforma olaraq, sahibkarlara xarici bazara çıxmaqla yanaşı onlara ixrac icazələrinin alınması, logistika, marketinq və digər məsələlərdə dəstək olur. İri biznesin bazara çıxması elə də çətin deyil, əsas kiçik və orta sahibkarların xarici bazara çıxışını təmin etməkdir ki, bu məsələ bu gün Azexportun fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı Azərbaycan Respublikası Prezidentinin 2016 –ci il 21 sentyabr tarixli “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması” haqqında Sərəncamına əsasən yaradılıb. Portal sahibkarlara ölkəmizdə istehsal olunan malların beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını təqdim edir.
Mətbuat nümayəndələri üçün qeyd: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ATV telekanalı ilə birgə layihəsi olan “Made in Azerbaijan” verilişinin komandası Zaqatala sakini I qrup əlil Əlihüseyn Şirinli görüşüb və mövzuda onunla söhbət edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 10 d. əvvəl
-
-
21 d. əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 24 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
1 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
3 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 25-də gözlənilən hava şəraiti
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır






















