"Keyfiyyətsiz xidmət olanda xəstəxanaya pul ödəmirik"
Azərbaycanda icbari tibbi sığortanın həyata keçirildiyi pilot rayonlarında göstərilən tibbi xidmət keyfiyyətsiz olduqda, həmin xəstəxanaya ödənişdən imtina olunur, bu isə həmin xidməti göstərən tibb işçisinin əmək haqqına təsir edir.
Bu barədə İcbari Tibbi Sığorta Agentliyinin tibbi sığorta departamentinin direktoru Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, bu mexanizm tibbi sığorta çərçivəsində göstərilən xidmətlərə maliyə nəzarəti çərçivəsində tətbiq edilib: "İcbari tibbi sığortadan əhali ilə yanaşı, tibb personalının da razı qalması üçün yeni mexanizmlər, o cümlədən bonus sistemi tətbiq edilib ki, keyfiyyətli və artıq xidmət göstərən həkimlər daha yüksək gəlir əldə etsinlər".
Bununla yanaşı, keyfiyətsiz xidmət göstəriləndə ödənişən imtina edilir: "Agentlik ay ərzində göstərilən tibbi xidmətlərin ekspertizasını aparır. Bu ekspertiza nəticəsində keyfiyyətsiz və ya tam olmayan tibbi xidmətə görə, və sair çatışmazlıqlara görə, həmin tibb müəssisələrinə ödənişlərdən imtina olunur. Həmin ödənişlərdən imtina olunanda isə, bu məsələ o xidməti göstərən tibb işçisinin - həkimlərin və sairlərin əmək haqqına təsir edir. İcbari tibbi sığortanın ölkə üzrə tətbiqində isə daha sərt və ciddi nəzarət sistemi tətbiq olunacaq".
Qeyd edək ki, hazırda icbari tibbi sığorta Azərbaycanın 3 bölgəsində – Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir. Vüqar Qurbbanov bildirib ki, icari tibbi sığortanın tətiqi çərçivəsində görülən tədbirlər çərçivəsində tibbi personalının aylıq gəlirləri təqribən 3 dəfə artıb.
Onun sözlərinə görə, ölkədə səhiyyə sisteminə ciddi investisiyalar yatırılır və müasir xəstəxanalar tikilir. Amma həkimlərin 60%-dən yuxarı hissəsi Bakıda cəmləşib. Bunun səbəbi dövlət xəstəxanalarının özəl sektorla rəqabət apara bilməməsidir. V.Qurbanov deyib ki, bu problemin həlli üçün icbari sığortanın tətbiq edildiyi pilot ərazilərdə həkimlərin maaşları 3 dəfəyə yaxın artırılıb.
"Hazırda pilot ərazilərdə orta maaş 850-870 manatdır. Terapevtlərdə maaş 120-130 manat idisə, hazırda onun üzərinə İTSA-nın əlavələrini də gələndə bu maaşlar 360-370 manata çatıb. Amma cərrahi profillər üzrə çalışanarda artım daha böyükdür. Əvvəllər bunlar da 120-160 manat arasında maaş alırdılarsa hazırda 800-850 manat ətrafındadır".
Bundan başqa da həmin həkimlərin fəaliyyətinə görə bonuslar da verilir: "Bonuslar həm tibbi xidətin keyfiyyətinə görə, həm də xəstə sayına görə hesablanır. Burada normativlər var ki hər həkim gündə neçə xəstə qəbul edə bilər. Məsələn terapevtik profillərdə bu 10 nəfər təşkil edir. Bu dünya standatlarına və təcrübəsinə uyğundur. Xəstələrin sayı bundan artıq olduqda onlara görə əlavə bonuslar hesablanacaq".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
36 d. əvvəl
Əsas səhmdarı SOCAR olan Bankın mənfəəti 2 dəfədən çox azalıb - BU BANKDA MƏNFİ TENDENSİYA BAŞ VERİB
-
51 d. əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
52 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sıfır xərclə ticarət mümkündür?
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER




















