Müştərilərin razı və narazı qaldığı sığorta şirkətləri - YENİ REYTİNQ

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqinin noyabr ayı üçün olan nəticələrini açıqlayıb.
Birliyin rəsmi saytına (www.asa.az) vətəndaşlar tərəfindən sığorta şirkətləri barədə yazılan 173 müsbət və mənfi rəy, onların araşdırılması və qeyd olunan faktların təsdiqlənib-təsdiqlənməməsi nəticəsində aşağıdakı reytinq cədvəli formalaşmışdır:
Cədvəlin birinci və sonuncu yerləri ötən ayın nəticələrini təkrarlayıb. Belə ki noyabr ayı üzrə müştərilən ən razı qaldığı sığorta şirkəti “A-Qroup Sığorta” şirkəti olub. “A-Qroup Sığorta” 26 balla reytinq cədvəlində birinci yerə və yenə də “Standard İnsurance” -9 balla sonuncu yerə sahib olub.
Cədvəldə ikinci yeri 24 balla “Atəşgah Sığorta” şirkəti tutur. 3, 4 və 5-ci yerin sahibləri olan “Qala Həyat Sığorta”, “Paşa Sığorta”və “Xalq Sığorta” şirkətləri müvafiq olaraq 3, 1 və 1 bala malikdirlər.
Heç bir bal toplamayan şirkətlər 6-16-ci yerdə qərarlaşıblar. Bunlar – “Amrah Sığorta”, “Qala Sığorta”, “Naxçıvan Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Paşa Həyat Sığorta”, “Bakı Sığorta”, “AzRe Təkrarsığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Rəvan Sığorta”, “İpək Yolu Sığorta”, “Axa Mbask Sığorta”dır.
17-22-ci sıralarda mövqe tutan şirkətlər mənfi ballara sahibdir. Bura daxildir: “AzərSığorta DSKŞ” – -2 bal, “Meqa Sığorta” – -2 bal, “AzSığorta” – -3 bal, “Günay Sığorta” – -4 bal, “AtaSığorta” – -6 bal və “Standard İnsurance” – -9 bal toplaya bilib.
Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi artıq ikinci aydır ki, sığorta şirkətlərinin xidmət və müştəri məmnuniyyəti səviyyəsinin müəyyən edilməsi üçün reytinq cədvəli açıqlayır və son zamanlar da müştərilər tərəfindən sığortaçılar barədə rəy bildirilmə halları artmışdır. Müştəriləri bundan sonra da sığorta şirkətlərinin xidmət və fəaliyyətini dəyərləndirmək sahəsində aktiv olmağa dəvət edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 9 d. əvvəl
-
- 44 d. əvvəl
- 53 d. əvvəl
-
59 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb
Ən çox oxunanlar

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
