Tarixə düşən satışda şok! 20 il həbsi gündəmdədir...

8 il əvvəl dünyanın gündəminə "bomba" kimi düşən tarixin ən böyük texnologiya satınalmalarından biri olan "Autonomy" şirkətinin HP-ə satışında şok hadisə! 11 milyard dollarlıq nəhəng satış ərəfəsində şirkətin qiymətini olduğundan artıq göstərməklə günahlandıran "Autonomy"nin keçmiş İcraçı direktoru Lynch haqqında istintaq başlayıb. Lynch, 20 ilə qədər həbs cəzası ala bilər.
Böyük Britaniyanın tanınmış texnologiya menecerlərindən Mike Lynch, İcraçı direktor olduğu dövrdə "Autonomy" şirkətini HP-yə 11 milyard dollara satarkən saxtalaşdırma etdiyi iddiası ilə 20 ilə qədər həbs cəzası ilə üz-üzədir.
"Marja" xəbər verir ki, haqqında cinayət işi açılan Lynch üçün hiylə qurmaq və saxtalaşdırma cinayətlərini də əhatə edən 14 iddia var.
Texnologiya dünyasına "bomba" kimi düşən iddialara görə, Lynch, 2011-ci ildə birgə banisi olduğu "Autonomy" şirkətini kompüter nəhəngi HP-yə 11 milyard dollara satmadan əvvəl şirkətin qiymətini "sənədlərdə saxtalaşdırma" apararaq olduğundan çox daha çox göstərib. İddialara görə, həmçinin Lynch, satışdan haqsız olaraq 815 milyon dollarlıq şəxsi qazanc da təmin edib..
İstintaq nəticəsində iddiaların təsdiqlənməsi halında Lynch-ın 20 ilə qədər həbs cəzası ala bilər.
ZAMANINDA BÖYÜK REZONANS YARATMIŞDI
"Autonomy" proqram təminatı şirkəti, 1996-cı ildə San-Fransiskoda Michael ve Mike Lynch qardaşları tərəfindən qurulmuşdur. İmza atdığı uğurlu layihələr sayəsində bazarda yaxşı tanına şirkət, 2011-ci ildə HP-ə satılmışdır.
11 milyard dollar ilə texnologiya dünyasında tarixə düşən ən yüksək satınalmalardan biri olan "Autonomy"nin HP-ə satışı o vaxt dünyada böyük rezonans doğurmuşdu.
8,8 MİLYARD ZƏRƏR YAZDI, İKİYƏ BÖLÜNDÜ
Nəhəng satınalmadan sonra 8,8 milyard dollarlıq zərər yazan dünya nəhəngi HP, daha sonra yenidənqurmaya gedərək HP Inc. və HP Enterprise olaraq ikiyə bölünmüşdü.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 d. əvvəl
-
-
36 d. əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 39 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazlar ticarətə buraxılır - HƏRRAC TARİXİ
-
2 saat əvvəl
"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

ABŞ-ın qızıl ehtiyatları 1 trilyon dolları aşıb

Bank sektorunda çalışanların sayı artmaqda davam edir

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
Ən çox oxunanlar

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti

Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ
