SOCAR İsveçrədəki yanacaqdoldurma məntəqələrinin sayını artırıb

İsveçrədə SOCAR-ın 178 yanacaqdoldurma məntəqəsi (YDM) var.
Bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, şirkətin ən geniş yanacaqdoldurma məntəqəsi şəbəkəsi İsveçrədədir. Bu ölkədə SOCAR brendi ilə 178 YDM var.
Qeyd edək ki, ötən ilin sonuna İsveçrədə SOCAR brendi altında 167 YDM fəaliyyət göstərib. Həmin YMD-lərdə, həmçinin İsveçrədə tanınmış “Migros” şirkəti ilə françayzinq müqaviləsi əsasında pərakəndə satış mağazaları fəaliyyət göstərir.
SOCAR İsveçrədəki fəaliyyətini “SOCAR Trading” və “SOCAR Energy Switzerland” şirkətləri vasitəsilə həyata keçirir. “SOCAR Trading” 2008-ci ildə Cenevrə şəhərində təsis edilib. Şirkət Azərbaycan mənşəli xam neftin və üçüncü tərəflərə məxsus neft və neft məhsullarının satışı ilə məşğuldur. “SOCAR Trading” Azərbaycan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Ceyhan limanına çatdırıldıqdan sonra dünya bazarına birbaşa SOCAR tərəfindən çıxararaq Azərbaycan neftindən gələn gəlirləri artırmaq, eyni zamanda, beynəlxalq bazarlarda üçüncü tərəfə məxsus neft və neft məhsullarının ticarəti ilə məşğul olaraq SOCAR-ın mənfəətini və Azərbaycanın dünyada təsir dairəsini artırmaq üçün yaradılıb. Əsas ofisləri Cenevrə (baş qərargah), Sinqapur, Dubay, London, Hyüston və Kalqari şəhərlərində yerləşdir. “SOCAR Trading” “Azeri Light” neftini emal etməyə qadir olan dünyadakı bütün emal zavodları ilə əlaqələr yaradıb və Azərbaycan neftini ona rəqib aşağı kükürdlü xam neft ilə zəngin Aralıq dənizi ərazisindən uzaqlaşdıraraq Asiyaya yönləndirib və Azərbaycan xam neftinin qiymətinin artırılmasına nail olub. Şirkət BƏƏ-də Fuceyra limanında neft terminalının və Maltada LNG terminalı layihələrində iştirak edərək öz beynəlxalq nüfuzunu artırıb.
“SOCAR Energy Switzerland” İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və “ExxonMobil” şirkətləri arasında imzalanan müqavilə əsasında “Esso Switzerland” şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib. SOCAR altı il bundan əvvəl İsveçrə neft bazarına yerli müştərilərin ehtiyaclarına cavab verəcək yüksək keyfiyyətli malların pərakəndə satışı və fərdi xidmətləri özündə əks etdirən yeni bir yanaşma üsulu ilə daxil olub. Bu gün İsveçrədəki istehlakçıların 63 faizdən çox hissəsi SOCAR brendini tanıyır və yüksək qiymətləndirir. SOCAR İsveçrədəki diler bazasını genişləndirərək 15 dilerlə tərəfdaşlıq əlaqələri qurmuşdur və gələn ildən etibarən daha 5-10 dilerin SOCAR brendinə qoşulması gözlənilir. SOCAR-ın İsveçrədəki fəaliyyəti nəticəsində bu ölkədə 170-dən çox YDM-dən ibarət topdansatış şəbəkəsi, Vanqen-Oltendə yerləşən qaz doldurma zavodu, Cenevrə və Sürixin hava limanlarında yerləşən təyyarə yanacağı məntəqələri SOCAR brendi altında fəaliyyətlərini davam etdirməkdədir.
SOCAR-ın İsveçrədəki törəmə şirkəti “SOCAR Enerji Holdinqs” Səhmdar Cəmiyyəti isə Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq “A1” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” firmasını alıb. “SOCAR Enerji Holdinqs” son beş ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrimdəki sərmayələrini artırmaq və böyütmək məqsədilə investisiya layihələrinə yatırır, əvvəlki illərdə qoyulan investisiyalarını genişləndirir. Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır. İsveçrəyə yaxın olan Avstriya bazarında tanınmış ailə biznesi olan “A1” şəbəkəsinin alınması bu genişlənmə strategiyasının məntiqi davamı və növbəti addımı olub. Avstriyanın Ştiriya əyalətinin yanacaqdoldurma bazarında aparıcı rola malik “A1” şirkətinin ölkə üzrə 82 YDM-i fəaliyyət göstərir. Şirkətin 150 nəfər əməkdaşı var. “A1”lə yanaşı, SOCAR həm də Graz şəhərində yerləşən və ticarət sahəsində fəaliyyət göstərən “Pronto Oil Mineralölhandels GmbH” şirkətini əldə edib. “A1” şəbəkəsi və “Pronto Oil Mineralölhandels GmbH” şirkətinin idarə edilməsi məqsədilə “SOCAR Enerji Avstriya” MMC təsis edilib. “A1” şəbəkəsi və “Pronto Oil Mineralölhandels GmbH” şirkətinin əməkdaşları işlərində saxlanılmaqla “SOCAR Enerji Avstriya” MMC-nin tərkibində fəaliyyətlərini davam etdirir. “A1” brendinin Avstriya bazarında artıq yüksək səviyyədə tanındığı nəzərə alınaraq SOCAR satın aldığı YDM-i həmin brend altında istismar etməyi planlaşdırır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
