İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək.
Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 0-5 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın maksimal temperaturu 8-11, dağlıq rayonlarda 4-7 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında arabir yağış yağacağı gözlənilir.
Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-nın bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Noyabrın 24-də gündüz, 25-də əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə isə çatdırılır ki,hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Noyabrın 24-də gündüz mülayim şimal-qərb küləyi 25-də arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 d. əvvəl
-
-
23 d. əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 35 d. əvvəl
-
40 d. əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
-
2 saat əvvəl
"Hörmüz boğazının bağlanması Rusiyanın LNG ixracatçılarının gəlirlərini artıracaq"
-
2 saat əvvəl
Qlobal investisiya bankı təbii qaz üzrə qiymət proqnozunu 53% artırdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABŞ amerikalıları Yaxın Şərqdəki 10-dan çox ölkəni dərhal tərk etməyə çağırdı
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb
Netanyahu: İran 50 Şimali Koreyaya bərabərdir
Rəsmi məzənnələr açıqlandı



























