Azərbaycan neft ixracını artırıb, qaz ixracını azaldıb
Azərbaycan 2016-cı ilin yanvar-oktyabr aylarında 29 mln. 680,5 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,8% çoxdur. Bu barədə hökumətdən məlumat verilib.
“Hesabat dövrü ərzində Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri 8 mlrd. 495 mln. 619,3 min dollar (azalma 21,5%) təşkil edib.
2016-cı ilin yanvar-oktyabr aylarında ixrac edilmiş 5 mlrd. 149 mln. 437,9 min dollar məbləğində neftin bəyan edilmiş həcmi 17 mln. 24,7 min ton təşkil edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycandan 32 mln. 520 min 401,97 ton neft ixrac olunub.
QAZ İXRACI 3% AZALIB
Azərbaycan 2016-cı ilin yanvar-oktyabr aylarında 6 mlrd. 362,3 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 3,1% azdır
“Hesabat dövründə Azərbaycandan ixrac olunan qazın ümumi dəyəri 1 mlrd. 51 mln. 45,4 min dollar (azalma 26,5%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş 744 mln. 532,8 min dollar dəyərində 4 mlrd. 983,8 mln. kubmetr qaz ixrac edilib.
Ötən il 8 mlrd. 405 mln. 244,65 min kubmetr qaz ixrac olunub.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.
©İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 12 d. əvvəl
-
-
13 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
24 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb







.jpg)







.jpg)






