Sərhədləri aşmaq bizim əlimizdədir!
Qadınlar biznes dünyasında cinsi ayrı-seçkiliyin yaratdığı maneələrlə yanaşı, inamsızlıq, gözləntilərin aşağı olması kimi daxili maneələri aşmaq üçün də çalışmalıdır. Sevilməmək qorxusu, yanlış anlaşılma qorxusu, müvəffəqiyyətsizlik qorxusu və ya evdə həyat yoldaşı / ana olma məsuliyyəti bu səbəblər sırasında əsas yer tutur.
Facebook-un baş əməliyyat direktoru olan Sendberq kitabında bütün bunların müasir qadınların müvəfəqiyyət qazanmasına mane olan amillərindən olduğunu yazır. Orijinal versiyası 2,2 milyon nüsxədə satılan “Lean in - Sərhədləri aş” adlı kitabının qısa məzmununu www.readit.az saytında onlayn olaraq oxuya bilərsiniz.
Müəllif kitabın əvvəlində belə yazır: Qadınlar biznes dünyasında cinsi ayrı-seçkiliyin yaratdığı maneələrlə yanaşı, inamsızlıq, gözləntilərin aşağı olması kimi daxili maneələri aşmaq üçün də çalışmalıdır.
Readit.az-da artıq 100-ə yaxın qısa məzmun mövcuddur. Oxucular sayta abunə olaraq qısa məzmunları onlayn olaraq oxuya bilər və ya çap şəklində “Daha ağıllı ol!” kitabını sifariş verə bilərlər. Bundan başqa noyabrın sonuna kimi 6 aylıq abunə alanlar “Daha ağıllı ol!” kitabını pulsuz əldə edəcəklər. Bu isə 15 AZN qənaət deməkdir.
Abunə => www.readit.az/private
Sendberqin ilk müşahidəsi qadınların uğur və bacarıqlarını göstərməyə həvəssiz olmasıdır. “Olduğun kimi davranmamaq” bir çox qadın üçün özünü ön plana çıxartmamaq, cavab verməkdən yayınmaq, arxa sırada əyləşmək və s. deməkdir. Ancaq Sendberq qadınlara öz hüquqlarını tələb etməli olduqlarını deyir.
Onun fikrincə, bərabərliyin daha geniş miqyaslı olduğu bir dünya arzulayırıqsa, qadınların “əllərini qaldırmasını” təmin etməliyik. Təşkilatlar və fərdlər qadınları daha çox təşviq etməli və onların nailiyyətlərini qiymətləndirməlidirlər. Eyni zamanda qadınlar da əllərini qaldırmağı öyrənmək məcburiyyətindədirlər, çünki bəzən ən müvəffəqiyyətli və xoş niyyətli rəhbərlər belə sizdəki qabiliyyəti görməyə bilər.
Kişilər aqressiv olduqları üçün mükafatlandırıldığı halda, qadınların fəaliyyətində bu hal mənfi qiymətləndirilir. Qadınlar liderlik mövqelərində, əsasən kişilərin olduğunu gördüyü üçün və bu kişilər ümumilikdə, qadınlardan daha çox pul qazandığı üçün vəziyyətin həmişə bu cür olmağını gözləyirik. Bütün bunlar liderlik ambisiyasının çatışmazlığını göstərir.
Sendberq yazır ki, peşəkar fəaliyyətinizi sadəcə eniş və çıxışların, bəzən də durğunluğun özünü göstərdiyini pilləkənlərə bənzətməyin. Bunun əvəzinə kariyeranızın bəzi hallarda iflasları və dolanbacları olan bir dırmaşma oyuncağı olduğunu düşünün (hal-hazırda bir çox uğurlu rəhbərin etdiyi kimi). Bu “dırmaşma oyuncağı” konsepsiyası iş axtaranların vəziyyətini daha da asanlaşdırır. Onun sayəsində insanlar özlərini müəyyən çərçivələrlə məhdudlaşdırmırlar və fərqli sahələrə də diqqət yetirə bilirlər.
Müəllifin fikrincə, qadınlar “Bunu etməyə hazır deyiləm” düşüncəsindən “Mən bunu etmək istəyirəm” və “Mən bunu etməyi öyrənəcəyəm” düşüncəsinə irəliləməlidir.
Qadınlar işdə tənqidçi kimi qəbul ediləcəyini və ya komandalarının onlara dəstək verməyəcəyini düşündükləri üçün danışmırlar. Lakin həqiqəti söyləmək vacibdir. Sendberq hesab edir ki, səhv qərar qəbul edilərkən, əməkdaşlar bu qərarı dəyişdirmək üçün rəhbərləri ilə mübarizə aparmalı və qərarı kimin qəbul etməsindən asılı olmayaraq, onunla razılaşmamalıdırlar.
Bir çox qadınlar üçün maneələr haqqında danışmaq çətindir. Cinsiyyətlə bağlı məsələləri müzakirə etmək işlərin yaxşı tərəfə getməsinə deyil, daha da pisləşməsinə də səbəb ola və müzakirələr hələ başlamadan bitə bilər.
Müzakirələrin qarşısını almaq özümüzə qalib gəlməyimizə və inkişaf etməyimizə mane olur. Biz danışmalı, dinləməli, müzakirə etməli, öyrətməli, öyrənməli və inkişaf etməliyik.
Müəllifin qeyd etdiyi problemlər əslində bir çoxumuza tanışdır. Demək olar ki, hər kəs həmin problemlərdən ən azı birini yaşayıb. Buna görə, müəllif qadınları öz gələcəklərini qurmaq və inkişaflarını təmin etmək üçün cəsarətli olmağa dəvət edir.
Qısa məzmunu tam oxumaq üçün bura keçin: http://readit.az/az/library/book/101
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
-
8 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
9 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
9 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
11 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
11 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən





















