"Yüksək rüsumlardan sonra telefon satışlarımız artıb"
Ölkəyə qanunsuz telefon idxalına qarşı mübarizənin gücləndirilməsi və IMEI kodlarının qeydiyyata alınması üçün yüksək dövlət rüsumlarının tətbiq edilməsi rəsmi distribyütorların satışlarının artması ilə nəticələnib.
“İrşad Electronics” şirkətinin Satışa nəzarət departamentinin rəhbəri Aris Şıxaliyev “Marja”ya bildirib ki, fiziki şəxlərin idxal etdikləri telefonların qeydiyyatına yüksək rüsumların tətbiqi rəsmi bazarda satışların artmasında özünü göstərir:
“Ölkəyə müxtəlif mexanizmlərdən istifadə edilərək telefon idxal edilirdi. Gömrük Komitəsi qaçaqmalçılığa qarşı mübarizəni gücləndirib. Fiziki şəxslərin xaricdən telefon gətirmələri də məhdudlaşdırılıb. Həmçinin IMEI kodlarının qeydiyyata alınması üçün yüksək dövlət rüsumları müəyyən edilib. Bütün bu tədbirlər həm pərakəndə, həm də topdan satışlarımızın 15-20 faiz artmasına səbəb olub”.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
Aris Şıxaliyev əlavə edib ki, hələ də müxtəlif yollarla ölkəmizə qeyri-rəsmi telefonların idxalı davam edir.
"Müxtəlif şəxslərin adlarına telefon idxalı həyata keçirilir. Müvafiq nazirliklər bu məsələnin üzərində işləyirlər. Qeyri-rəsmi idxala və sui-istifadə hallarına son qoyulduqdan sonra leqal bazarda satışların daha da artacağını gözləyirik".
“SAMSUNG-LARIN QİYMƏTLƏRİNDƏ ENDİRİM OLUB”
Aris Şıxaliyev bildirdi ki, hökumətin rəsmi idxalçıları dəstəkləməsi bazarda qiymətlərin artması ilə nəticələnməyib, əksinə telefonlar ucuzlaşıb:
“Son bir ay ərzində Samsung şirkəti Azərbaycan bazarı üçün telefonlarının qiymətlərini endirb. Endirim gözə çarpacaq dərəcədədir. Samsung öz strategiyasına uyğun olaraq qiymətləri aşağı salıb, rəqiblərindən geri qalmaq istəmir”.
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” təsdiq edilib.
Satış və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması dövlət rüsumu tutulan hallara əlavə olunur.
Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.
Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat rüsum ödənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
13 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
1 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
























