Vyetnam Azərbaycanla elektron viza proqramının müddətini daha 2 il uzadıb
Vyetnam hökuməti Azərbaycan da daxil olmaqla 46 ölkənin vətəndaşları üçün nəzərdə tutulan elektron viza proqramını daha 2 il müddətinə təsdiq edib.
Elektron turist vizasının dəyəri 25 dollar təşkil edir.
Viza 30 gün müddətində etibarlıdır.
Elektron viza almaq istəyənlər Vyetnamın İmmiqrasiya Xidmətinin saytında (evisa.xuatnhapcanh.gov.vn) tələb edilən məlumatları qeyd etməlidir.
Proqram 1 fevral 2017-ci il tarixindən pilot layihə olaraq istifadəyə verilib və o, 2019-cu ilin fevralına qədər qüvvədə olmalı idi. Lakin indi layihənin fəaliyyət müddəti uzadılıb.
Elektron viza əvvəlcə 40 ölkədən gələn turistlər üçün açılsa da, sonradan 6 dövlət bu proqrama əlavə edilib.
Statistikaya görə, 2018-ci ilin ilk 8 ayı ərzində 241 mindən çox xarici turist Vyetnama elenktron viza ilə gəlib.
Bundan əvvəl Azərbaycan vətəndaşlarının Vyetnama elektron viza ilə səyahət edə biləcəkləri məlumat verilmişdi.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Report
Müştərilərin xəbərləri
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 d. əvvəl
Mərkəzi Bank rəhbər təyinatı ilə bağlı 18 müraciəti uyğun hesab etməyib
-
- 47 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Rəşad Nəbiyev Britaniyaya səfər çərçivəsində “ScaleAI” nümayəndələri ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyevin “Palantir” şirkətinin nümayəndələri ilə görüşü barədə
-
2 saat əvvəl
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
-
2 saat əvvəl
“Prior Leasing" bol qazanclı yeni istiqrazların buraxılışına hazırlaşır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
Rəsmi məzənnələr açıqlandı
























