Lirənin ucuzlaşması ilə Türkiyənin ixracı artır
Türkiyə Statistika Komitəsi və Ticarət Nazirliyinin açıqladığı müvəqqəti xarici ticarət göstəricilərinə görə; İxrac 2018-ci ilin Sentyabr ayında, 2017-ci ilin eyni ayı ilə müqayisədə 22,4% artaraq 14 milyard 456 milyon dollar, idxal isə 18,3% azalaraq 16 milyard 326 milyon dollar təşkil edib.
Sentyabr ayında xarici ticarət kəsiri 77,1% azalaraq 1 milyard 869 milyon dollara geriləyib.
İxracın idxalı qarşılama nisbəti 2017-ci ilin Sentyabrında 59,1% ikən, 2018-in Sentyabr ayında 88,5%-ə yüksəlib.
Avropa Birliyinə (AB-28) edilən ixrac, 2017-ci ilin eyni ayı ilə müqayisədə 24,4% artaraq 7 milyard 322 milyon dollar təşkil edib. AB-nin ixracdakı payı 2017-nin Sentyabrında 49,9% ikən, 2018-in Sentyabr ayında 50,6% olub.
Ən çox mal ixracat edilən ölkə Almaniya olub
Almaniyaya edilən ixrac 2018-ci ilin Sentyabrında 1 milyard 421 milyon dollar oolub. Növbəti ən böyük ixraclar 1 milyard 56 milyon dollar ilə Birləşmiş Krallıq, 816 milyon dollar ilə İtaliya və 719 milyon dollar ilə İrana həyata keçirilib.
İdxalda birinci yeri Rusiya tutub
Rusiyadan edilən idxal, 2018-ci ilin Sentyabr ayında 1 milyard 721 milyon dollar olub. Bu ölkənin ardınca 1 milyard 510 milyon dollar ilə Çin, 1 milyard 413 milyon dollar ilə Almaniya və 1 milyard 107 milyon dollar ilə ABŞ gəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























