“Beynəlxalq işgüzar kommunikasiyalar – ingilis dili” təlimi

Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi “Beynəlxalq işgüzar kommunikasiyalar – ingilis dili” təlimi təqdim edir!
Qloballaşan dünyada daha çox iş adamları və peşəkarlar beynəlxalq biznes biliklərinə, o cümlədən aparıcı xarici dillərdə yüksək səviyyəli biznes kommunikasiya bacarıqlarına malik olmalıdır. Bu bilik və bacarıqlar artıq hər bir iş adamının rəqabətlik üstünlüyünə çevrilmişdir. Beynəlxalq biznes aləmində ən çox istifadə edilən dil – ingilis dilidir. Bu baxımdan işgüzar ingilis dilinin yüksək səviyyədə bilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, işgüzar ingilis dili bacarıqlarının artırarılması iş effektivliyinizin, biznes və karyera perspektivlərinin yüksəldilməsinə köməklik edəcəkdir.
Bu kurs vasitəsi ilə siz şifahi ingilis dili üzrə işgüzar ünsiyyət bacarıqları və özünə inamı artırmaq, müzakirə və danışıqlar üçün dil bacarıqlarını inkişaf etdirmək, ingilis dilində təqdimatlar etmək, işgüzar yazışma qaydaları, habelə ingilis dilli ölkələrin biznes mədəniyyəti və protokol məsələlərini öyrənmək imkanına yiyələnəcəksiniz.
Hər kəsi “Beynəlxalq işgüzar kommunikasiyalar – ingilis dili” təlimində iştirak etməyə və peşəkar təlimçimizin təcrübələrindən bəhrələnməyə dəvət edirik!
Təlimin başlama tarixi: 14 yanvar 2016 - cı il Dərs günləri: çərşənbə və şənbə günləri
Vaxt: 1) Çərşənbə axşamı: 19:00 – 21:00 2) Şənbə günləri: 17:00 – 19:00
Təlimin ümumi müddəti 20 saat təşkil edir. Təlim hər dərsin müddəti 2 saat olmaqla, 10 tədris günü ərzində keçirilə bilər. Təlim materialları mərkəz tərəfindən təmin olunacaqdır. Təlim zamanı müntəzəm olaraq ev tapşırıqları veriləcək, testlər və sonda isə sınaq imtahanları təşkil olunacaqdır.
Tələb olunan biliklər: İngilis dilinin ən azı orta səviyyədə bilməsi.
Təlimin məqsədləri:
· İngilis dilində biznes kommunikasiyaları sahəsində bacarıq və özünə inamın artırılması
· İşgüzar ingilis dilində danışıq, dinləmə və yazı bacarıqlarını inkişaf etdirilməsi
· Formal və qeyri-formal biznes kommunikasiyalarının müxtəlif tələblərinin öyrənilməsi
· Biznes və karyera imkanlarının yüksəldilməsi
Təlimçi: Fuad Əliyev http://cmtc.gov.az/az/telimciler/42
Təlim haqqında məlumat və onlayn qeydiyyat üçün: http://cmtc.gov.az/az/beynalxalq-isguzar-kommunikasiyalari-en
Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
(+994)12 498 16 77
(+994)70 272 99 79
(+994)55 672 99 79
cmtc.gov.az
Yekunda iştirakçılar sertifikatla təmin olunacaq!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
23 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
